adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Fevral 2016 13:55
201404
MODA
A- A+

Avropanın ən gözəl türk qızı bəlli oldu

Almaniyanın Gelsenkirçen şəhərində "Avropanın ən gözəl türk qızı” yarışmasının qalibi bəlli oldu. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 yarışmaçının iştirak etdiyi müsabiqədə Almaniyanın Salzgitter şəhərindən qatılmış Məlikə Yüksəl birincilik tacına sahib oldu.

Yarışmada Berlindən qatılan Selcan Sayan 2-ci, Bellenberqdən olan Miray Topçu isə 3-cü oldu.

Qeyd edək ki, gözəllik müsabiqəsində yalnız Avropada yaşayan gənc türk qızları iştirak edə bilərlər.