adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Fevral 2016 16:05
196917
MODA
A- A+

Amerikanın gözəllik müsabiqəsi qalibi ölüm ayağında

Fevralın 16-da gecə saatlarında "Miss Amerika” müsabiqəsinin iştirakçısı 24 yaşlı Kara Makkollum ağır avtomobil qəzasına düşüb. Adalet.az NTV telekanalına istinadən bildirir ki, yol qəzası Nyu-Cersi ştatının Pittsqrov şəhərində baş verib. Makkolmun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb və bir neçə dəfə aşıb.

Yaş asfalt üzərində avtomobili yüksək sürətlə sürən "Miss Nyu-Cersi – 2013” təhlükəsizlik kəmərini bağlamadığından ağır yaralanıb. Həkimlər Makkollumun vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, Kara Makkolm Nyu-Cersidə SNJ telekanalında xəbərlər proqramını aparır.