adalet.az header logo
  • Bakı 13°C
15 Mart 2016 13:22
224327
MODA
A- A+

Filip Kirkorov ətir satır

Tanınmış rus estrada müğənnisi Filip Kirkorov öz parfümünü istehsal etdirib. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, ilk parfümünün adını "Mən” adlandırıb. Rusiya telekanallarının birində ətrin təqdimatını keçirən müğənni daha bir neçə parfümün birgə təqdimatını geniş mərasimlə sərgiləməyi düşünür.

Parfümü reklam edən Kirkorov bu ətrin kişi azadlığını, cazibəsini, dəbdəbəsini, hakimiyyətini bir araya gətirdiyini bildirir. Qadınlar üçün nəzərdə tutulan "Mən” isə təmkin, təkəbbür və başgicəlləndiri cazibəsinə zəmanət verir.  

Qeyd edək ki, Kirkorovun bütün parfümləri Fransanın ətir paytaxtı sayılan əfsanəvi Qrass şəhərində, ən yaxşı dizaynerlər tərəfindən hazırlanıb. Kirkorov qadınları da nəzərə alıb, onun kolleksiyasında qadın ətirləri də olacaq. Qiymətlər isə 4000 rubldan (təqribən, 93 Azn) başlayır.