Filip Kirkorov ətir satır
Tanınmış
rus estrada müğənnisi Filip Kirkorov öz parfümünü istehsal etdirib. Adalet.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, o, ilk parfümünün adını "Mən”
adlandırıb. Rusiya telekanallarının birində ətrin təqdimatını keçirən müğənni
daha bir neçə parfümün birgə təqdimatını geniş mərasimlə sərgiləməyi düşünür.
Parfümü
reklam edən Kirkorov bu ətrin kişi azadlığını, cazibəsini, dəbdəbəsini,
hakimiyyətini bir araya gətirdiyini bildirir. Qadınlar üçün nəzərdə tutulan "Mən” isə təmkin, təkəbbür və
başgicəlləndiri cazibəsinə zəmanət verir.
Qeyd
edək ki, Kirkorovun bütün parfümləri Fransanın ətir paytaxtı sayılan əfsanəvi
Qrass şəhərində, ən yaxşı dizaynerlər tərəfindən hazırlanıb. Kirkorov qadınları
da nəzərə alıb, onun kolleksiyasında qadın ətirləri də olacaq. Qiymətlər isə
4000 rubldan (təqribən, 93 Azn) başlayır.