160 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Bu ilin yanvar-noyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Adalet.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-noyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 21 milyon 301,7 min manatdan çox olub.
Digər Xəbərlər
04 Dekabr 2025 12:49
Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
04 Dekabr 2025 10:42
“Bu cür humanist qərarlar dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmır...”
04 Dekabr 2025 10:27
Azərbaycan nefti bahalaşdı
04 Dekabr 2025 09:10
"Brent" bahalaşdı
03 Dekabr 2025 12:03
Tramp dünyaya necə "nümunə" olur?
03 Dekabr 2025 11:58
“Heç bir halda qızılın ilin əvvəlidəki qiymətinə qədər enəcəyini gözləmirəm...”
03 Dekabr 2025 11:50
Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI
03 Dekabr 2025 11:17


Bakı -°C

