"209 casus" sərhəddən gedəcək, yoxsa, 2 il də qalacaq?: Bu gün Brusseldə müzakirədir...
Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Ermənistana 2023-cü ilin fevralında Ermənistana ilk 100 mülki müşahidəçini göndərdii və aylar sonra onların sayı iki dəfə artdı. 209 nəfər...
Adalet.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinin səfirləri bu gün Brüsseldə Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı müzakirələr aparacaq və qərar qəbul edəcək.
“Freedom” Avropa nəşrlərinin redaktoru Rikard Jozviakın sözlərinə görə, son anda sürprizlər olmasa, səfirlər Aİ-nin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsini təsdiq edəcəklər. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni işçi. Rəsmi məlumata görə, missiyanın müşahidə zonası Naxçıvanın bir hissəsi də daxil olmaqla Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca uzanır.
Baxmayaraq ki, ötən ilin fevralında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın mətbuata açıqlama vermişdi ki, Aİ müşahidəçilərinin Ermənistanda olması uğursuz hadisədir.
Qeyd edək ki, Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" sərhəddə yerləşdikləri gündən ermənilərin təxribat xarakterli hərəkətlərində bir canlanma hiss olunurdu.
Məsələn, 2024-cü il 8 oktyabrda Aİ "müşahidəçiləri"nin erməni hərbçilərlə birgə sərhəd "reydləri"ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.
Aİ bu misssiya ilə bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir. Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir.
Əntiqə Rəşid