29 Noyabr 2024 13:20
648
MƏMLƏKƏT

21 jurnalistə, 19 futbolçuya, ümumən 76 nəfərə məzar olan təyyarə: "Şapekoense" faciəsindəki müəmma

Dünyanın ən çox izədiyi idman oyunarından biri futboldur ki, azarkeşlərin bolluğu bu idman növünü vazkeçilməz bir həddə qaldırıb. Dünyanın çox az ökəsi var ki, orada futbol komandası fəaliyyət göstərməsin. Öz ölkələrinin meydançalarında rəqib komandaları qəbul edən həmin komandalar zamanla diğər ölkələrin də meydançalarında rəqibləri ilə qarşılaşmaq üçün dəvət alır.

Qonşu ölkələrə öz komanda avtobusları ilə gedən futbolçular uzaq ölkələrə matç üçün gedərkən minik kimi təyyarələrddən istifadə edirlər. Təəssüf ki, elə komandalar olub ki, mənzil başına çatmamış təyyarə qəzalarında həlak olublar. Bu gün o dəhşətli qəzalardan birini sizə danışacağıq.

Adalet.az xəbər verir ki, Boliviyaya məxsus" Lamia 933" təyyrəsi Braziliyanın Şapeko şəhərini təmsil edən peşəkar "Şapekoense" futbol klubunu Kolumbiyadakı Cənubi Amerika kuboku finalına aparrdı. Minik 2016-c ilin 28 noyabrında, gecə saatlarında başladı. 29 noyabrn ik dəqiqəsində - Kolumbiyanın Medellin hava limanına, təyinat yerinə 8 mil qalmış dağın yamacına çırpıldı.Təyyarədəki 81 nəfərdən 76-sı həyatını itirdi. Onlardan 21 nəfər jurnalist, 19-u isə futbolçu idi.

Qəzadan sadəcə 3 futbolçu salamat xilas oldu. Beləki, "Şapekoense" futbol klubunun 19 oyunçusu həlak olsa da, 4 futbolçusu yaralı vəziyyətdə xəstəxanaya çatdırıldı.

Klubun qapıçısı Danilo ilkin olaraq qəzadan xilas olsa da, daha sonra xəstəxanada öldü. Qəzanın səbəbinin təyyarənin yanacağının bitməsi ilə əlaqədar olduğunu deyən rəsmilərin açıqlamasına heç kim inanmadı. Theguardian.com saytı bu təyyarə qəzasını araşdırarkən qəzanın müəmmalı olduğu qənaətini ortaya qoydu:" Medellin hava nəqliyyatı idarəsinə zəng edən pilot Migel Quiroga, təyyarənin "yanacaqsız" olduğunu söylədi.(?) Kolumbiya mediası da iddia edirdi ki, Quiroga "yanacaqla bağlı fövqəladə vəziyyət" səbəbiylə eniş üçün təcili icazə tələb edib .
Səsyazma sağ qalan stüardessa tərəfindən təsdiqlənir. “Yanacağımız bitdi. Təyyarə söndü” . Sual olunur: O zaman təyyarəyə tökülən yanacaq hara yoxa çıxmışdı?

Qeyri-adi haldır ki, təyyarə qəzaya uğrayanda partlamamış, hətta alov almamışdı.Şahidlərin dediyinə görə, təyyarə dağa çırpılmadan əvvəl heç bir səs çıxarmayıb".
İstintaq materiallarında təyyarənin operatorlarının təyyarənin yanacaqla tam təmin olunmamasında pilotun günahkar olduğunu irəli sürdülər. Buna baxmayaraq, mütəxəssislər bu ittihamla barışmadı.
"Çünki təyyarələr fövqəladə vəziyyətdə başqa hava limanına ən azı 30-45 dəqiqə uçmaq üçün göyərtəsində kifayət qədər əlavə yanacaq saxlayırlar. Dağın yamacından iki qara qutu tapılsa da, onların nə üzə çıxardıqları hələ də məlum deyil"-deyə sayt yazdı.

Qeyd edək ki, təyyarə qəzalarında futbolçuların həlak olması nadir hadisələrdən deyil. İlk belə hadisə 1949-cu il mayın 4-də baş verib. İtaliyanın ”Turin A.C” futbol komandasını daşıyan təyyarənin qəzası nəticəsində aralarında futbolçularla məşqçilərin də olduğu 23 nəfər həyatını itirib. Bununla da 1940-cı illərdən komandanın qızıl dövrü başa çatıb. Komanda isə baş vermiş hadisədən sonra fəaliyyətini dayandırıb.
6 fevral 1958-ci ildə İngiltərənin “Mançester Yunayted” futbol komandasını daşıyan təyyarə Münhendə qəzaya uğrayıb. “Bazbinin körpələri” olaraq anılan komandadan qəza zamanı 8 futbolçu həyatını itirib.
1969-cu ilin sentyabrın 26-da Boliviyanın “The Strongest” komandası Viloko şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində aralarında jurnalistlərin, komanda heyətinin olduğu 78 nəfər həyatını itirib. Dünyasını dəyişənlərdən 19-u komanda nümayəndələri olub.
11 avqust 1979-cu ildə Özbəkistanın “Paxtakor” klubunun oyunçularını daşıyan təyyarədə qəza baş verib. Qəzada həyatını itirən 178 nəfərdən 17-si futbolçu olub. Bütün komanda üzvləri qəzada həyatını itiriblər.

 Əntiqə Rəşid