Azərbaycan polisinə təşəkkür edirəm:Şikayətimə dərhal reaksiya verildi
Hardasa düz 3 il idi ki, kitabımı çap edən Çap Evindən 50 ədəd kitabımınalınması acı bağırsaq kimi uzanırdı. Hər gün yeni bir bəhanə, yeni bir "başdangetdi" vəd... Xahişim, "tovlamam", əsəbləşməyim, qəzəbim, sstresim səhhətimə güclü ziyan vururdu. Bunun adı süründürməçilik idi, dələduzluq idi.
Nəhayət, 3 il tamam olandan sonra anladım ki, Çap Evi məni beləcə yubatmaqla heç bir kitab verəsi deyil.
Məcbur qalıb Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə üz tutdum. Şikayətimi bildirdim, izahatımı verdim... Cəmi 3 gün sonra Çap Evi məni təcili axtarıb tapdı. 20 gün müddətinə kitablarımı verəcəyini söylədi. Amma kitablarım artıq 18-ci günündə mənim ixtiyarımda idi. Çünki mənim polisim, mənim haqqımı müdafiə etmişdi.
Əslində Yasamal rayon polisinin mənim haqqımı müdafiə etməsi ilk deyildi. Bir neçə il əvvəl 29-cu polis bölməsinə haqqımda olmazın böhtan və şər xarakterli ərizə verən bir vətəndaşın da ərizəsi dəqiqliklə araşdırılımış, həmin ərizədə göstərilən dırnaqarası "faktlar"ın böhtan olduğu dəqiqləşdirilmişdi.
Dəfələrlə, şəxsimə, ailəmə qarşı haqsızlığı araşdırıb, haqqı ortaya qoyan polislərimiz haqqında yazmaq istəmişəm. Qismət bu günə imiş.
Məni diqqətlə dinlədiyi, haqqımı müdafiə etdiyi üçün 28-ci Polis Bölməsinin əməkdaşı polis leytenantı Nəcmin Əlizadənin simasında Yasamal RPİ-nə , 28-ci Polis Bölməsinin əməkdaşlarına, eyni zamanda Daxili İşlər Nazirliyinə öz adımdan, ailəmiz və işlədiyim kollektiv adından dərin təşəkkürümü bildirirəm.
"Ədalət" qəzetinin müxbiri, jurnalist Əntiqə Rəşid
Digər Xəbərlər
23 Dekabr 2025 17:44
Xaçaturyanın son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
23 Dekabr 2025 17:36
Bakıda taksi buraxılış vəsiqəsinin alınması üçün son müddət açıqlandı
23 Dekabr 2025 14:12
“Rusiya ilə Ramiz Mehdiyevin açıq, Əli Kərimlinin gizlin əlaqələri olub...”
23 Dekabr 2025 14:01
“Azərsun Holdinq”in “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalına dəstək verib - FOTOLAR
23 Dekabr 2025 13:15
Minatəmizlənmədə heyvanların istifadəsi qaydası müəyyənləşir
23 Dekabr 2025 12:44
Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib - FOTOLAR
23 Dekabr 2025 12:37
"Nümunəvi Türkiyə-Azərbaycan Universitetinin yaranmasına nail ola bilmədik" - Fazil Mustafa
23 Dekabr 2025 12:36


Bakı -°C

