32 illik vaxt axarı: MARAQLI FOTOLAR
Hazırda sosial şəbəkələrdə maraqlı paylaşımlar diqqət çəkir.
Adalet.az xəbər verir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası ilə birgə 32 il əvvəl azərbaycanlıların rus ordusu ilə mübarizəsinin əks olunduğu fotolar yayılıb.
böyük marağa səbəb olan həmin fotolar sosial şəbəkələrdə “Tarix təkrarlanır” , İşğalçı məramlılar” və Çeçenistan ordusunun ali baş komandanı Cövhər Dudayevin məşhur kəlamı olan “Ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir” başlıqları ilə paylaşılır.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da keçmiş Sovet İttifaqının qoşun hissələri Bakıya yeridildi. Dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirdi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.
UNUTMADIQ!
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Oktyabr 2026 12:22
AzTV üçün yeni bina tikiləcək - VİDEO
24 Oktyabr 2026 09:09
Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu
23 Oktyabr 2026 17:55
Əli Əsədov yeni qərar imzaladı
23 Oktyabr 2026 16:36
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 16:13
Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - XƏBƏRDARLIQ
23 Oktyabr 2026 15:12
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23 Oktyabr 2026 13:08
"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun qəbul edilsin - TƏKLİF
23 Oktyabr 2026 12:41


Bakı -°C




