408 sahibkara maliyyə sanksiyası tətbiq edildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 408 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Adalet.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
30 Oktyabr 2026 11:44
Mikayıl Cabbarova müşavir təyin edildi
30 Oktyabr 2026 11:13
Mərkəzi Banka yeni səlahiyyət verilir
30 Oktyabr 2026 10:01
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - Bu tarixdən
30 Oktyabr 2026 09:54
Azərbaycan nefti ucuzlaşdı
29 Oktyabr 2026 10:55
“Bu ölkə üçün möhkəm iqtisadi təhlükəsizlik yastığının olmasından xəbər verir”
29 Oktyabr 2026 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı
29 Oktyabr 2026 09:36
Azərbaycan nefti kəskin bahalaşdı
28 Oktyabr 2026 16:37


Bakı -°C

