6 qolun vurulduğu matçda möhtəşəm geridönüş - VİDEO
Futbol üzrə dünya çempionatında Mərakeş millisi ilə Haiti arasında oyun keçirilib.
Adalet.az xəbər verir ki, C qrupunun III turunun matçında 10-cu dəqiqədə Haiti millisindən Lenni Jozef hesabı açıb - 1:0.
Oyunun 39-cu dəqiqəsində Mərakeş millisində Əşrəf Hakimi hesabı bərabərləşdirib - 1:1.
Matçın 43-cü dəqiqəsində Vilson İzidor Haiti millisini hesabda önə keçirib - 2:1.
Daha sonra Mərakeş yenidən hesabı bərabərləşdirib - 2:2. Belə ki, 45+1-ci dəqiqədə İsmael Sayberi fərqlənib.
Oyunun 78-ci dəqiqəsində Sufiyan Rahimi Mərakeş millisini irəli çıxarıb. Daha sonra 89-cu dəqiqədə C qrupunun III turunun matçında Mərakeş millisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 4:2. Qolu Casim Yasin vurub.
Beləliklə, Mərakeş millisi Haitini məğlub edərək C qrupunun ikincisi olub.
Digər Xəbərlər
19 Oktyabr 2026 19:09
“Borussiya Dortmund” Bakıdan paylaşım etdi - VİDEO
19 Oktyabr 2026 18:50
“Borussiya Dortmund” Bakı Olimpiya Stadionunda məşqə çıxdı
19 Oktyabr 2026 16:34
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
19 Oktyabr 2026 13:08


Bakı -°C

