adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 May 2022 10:42
764
HÜQUQ

69 il dəmir barmaqlıqlar arxasında 

Çoxları gündəlik həyatlarını həbsxanadakı kimi hiss edir. İş, ev, məişət problemləri, kreditlər, bir sözlə hər gün davam edən mənasız həyat. 
  
Elə insanlar da var ki, əsl həbsxana divarları arasında o qədər ömür sürürlər ki, başqa həyatın nə olduğunu, azadlıqda necə yaşayacaqları onları həbsxana barmaqlıqlarından və nəzarətçilərindən daha çox qorxudur. 
  
Paul Qeydel həbsxana barmaqlıqları arxasında 69 il yatıb və bunun 8 ilini öz istəyi ilə. Paul Qrydel- klassik bədbəxt adamlar nümunəsi kimi, öz həyatını birdəfəlik problemlərini həll etməklə qurmağa çalışıb  və maraqlıdır ki, buna nail olmağı bacarıb.
 
 O, 1894-cü ildə Konnektukut ştatının Xardford şəhətində anadan olub.  Ailəsi Almaniyadan gələn kasıb emiqrant ailəsi olub. Atası Pol Qeydel həyatını alkoqollu içkilər içməklə keçirib və 1900- cu ildə vəfat edib. Anası oğlundan imtina etdiyi üçün uşaq evində böyüyüb. 14 yaşına qədər uşaq evində yaşayan Paul, sonra öz həyatını qurmağa çalışıb. Burada da çətinliklərlə üzləşməli olub. 
  
Qeydel nəhayət 1911-ci ildə iri niznesmenlər arasında böyük populyarlıq qazanmış, məhşur mehmanxana kralı və kulinar kitabların müəllifi Cordj Rektorun mehmanxanasında işə düzəlir və burada tez-tez nahara gələn 73 yaşlı müvəffəqiyyətli maliyyəçi Henri Ceksonla tanış olur. 
  
Qeydelin Ceksonu soymaq qərarına nə vaxt gəldiyi məlum deyil. Yəqin ki,  bu fikir kirayə yaşadığı mənzil sahibinin çox xəstə olan itini öldürmək üçün  bir butulka xloroforma aldığı vaxta onun ağlına gəlib. gəlib.
  
1911-ci il 26 iyul tarixində Qeydel İroquois Hotelə, Ceksonun yaşadığl nömrəyə girir və özünün birinci və axıtıncı cinayətini həyata keçirir. Qeydel Ceksonun yatdığı çatpayıya yaxınlaşır, kirayə yaşadığı evdən öğurladığı xloroforma butulkasından əlindəki əski parçasına tökərək onu yaşlı insanın ağzına tutur. O hesab efirdi ki, yaşlı insanın bir neçə saniyə içərisində nəfəsi kəsiləcək. Lakin Cekson o dəqiqə ayağa qalxır və ona müqavimət göstərməyə başlayır.
  
Sonra hər şey bir anda baş verir. Qeydel "ovunun" üstünə atılır, əski parçasını onun xirtdəyinə soxur və cənab Cekson ölür.
  
Ən dəhşətlisi odur ki, qica maliyəçinin otağında Qeydelin ümid etdiyi iri məbləğdə kapital olmur. Qatilin əldə etdiyi yalnız 6 dollar yarım, qol saatı və bir neçə gümüş düyməcik olur. Bjndan başqa Ceksonla əlbə-ayaq olduğu vaxt əlində sınan butulkanın qırıqları hadisə yerində qalır.
  
Nyu-York polisi çox operativ işləyərək səhvsiz işləyir. Xloroform butulkasın alındığı apteki və bu məhlulu alan tez bir zamanda aşkarlanır. İki gün sonra Qeydel həbs olunur.
  
Qeydel polisi çaşdıtmaq istəmir və hadisəni olduğu kimi danışır.  Məhkəmə "bəxti hətirməyən" qatilə 20 ollik həbs cəzası kəsir.  
  
Həbsxana rəhbərliyi 1926-cı ildə həbsdə olduğu müddətdə özünü nümunəvi aparan Qeydelin vaxtından əvvəl həbsdən şətri  azad olunması üçün məhkəməyə müraciət edir. Hər şey onun şərti azadlığa çıxmasına doğru gedir. Lakin gözlənilmədən həbsxana psixiatrlarının konsiliumumun nətivələrinə görə Qeydelin anlaqsız olduğu müəyyənləşir və onu Dannemordəki psixi dustaqları yatdığı həbsxanaya göndərirlər.
  
Maraqlıdır ki,  həbs olunduğu müddətdə yüzlərlərlə polis və həbsxana işçiləri ilə təmasda olan Qeydeldə heç bir psixi pizuntu əlamətləri müşahidə olunmamışdı. 1929-cu ildə o, yenidən şərti azadlığa çıxmaq üçün müraciət etsə də, onun bu müraciəti qəbul olunmamış və Qeydel demək olar ki, yaddan çıxmışdı. Nəticədə 1972 -ci ildə Dannemor həbsxanası bağlanzndan sonra, düz 46 il bu  həbsxanada qalan Qeydel yada düşmüşdü.
  
Dannemor həbsxanası bağlandıqdan sonra Qeydeli "Fişkill" həbsxanasının yaşlı məhkumların saxlandığı bloka köçürürlər. 1973-cü ildə islah müəssisələrinə nazarət komissiyadının üzvü Berton Şenbax onun işi ilə maraqlanır və aydınlaşdırır ki, onun  1931-ci ildə 20 illik cəza müddəti bitməsinə baxmayaraq, qanunsuz olaraq düz 60 il həbsxada saxlanılıb.
  
Berton Şenbax bu işi araşdırarkən həbsxana rəhbərlikıəri bu məsələnin açılmaması üçün ona ma e olmağa çalışıblar. Lakin Şenbax yaşlı məhbusun azad olunması üçün mətbuatda qalmaqal yaradır vənəhayət 1974-cü ildə Qeydelin həbsdən azad olunmasına nail olur. Lakin onun azadlığa çıxmasında əziyyət çəkən komissiya üzvülərinin heyrətinə səbəb olan vəziyyət  gözlənilmədən dəyişir. Qeydel həsxanadan çıxmaqdan umtina edir.
  
"Mən sadəcə olaraq çöldə yaşaya bilmərəm. Mən o həyatı bilmirəm.Burada mənimlə yaxşı davranırlar. Mən yaxşı bir insanı qətlə yetirmişəm və haqlı olaraq cəza almışam. İndiyənə qədər bu hadisənin neçə baş verdiyini anlaya bilmirəm. Mən həbsxanafa qalmağı haqq etmişəm" - deyə o bildirib.
  
63 ildən sonra azadlıq verilən Qeydel "Fişkill" həbsxanasının rəhbərliyindən qalan ömrünü də həbsxanada saxlanılmasını xahiş edir. İzah edir ki,  onun azadlıqda heç kimi yoxdur, nə qohumları nə də heç bir tanışı qalmayıb. Alacağı cüzi pensiya qətiyyən  tanımadığı azadlıq dünyasında onun normal yaşamasına kifayət etməyəcək. "Şouşen həbsxanasından qaçış" filminin qəhrəmanı 50 illik həbsxana həyatı yaşamış  Bruks Xetlen kimi azadlıqda özünə qəsd etmək məcburiyyətində qalacaq.
  
Həbsxana rəhbərliyi onun xahişini yerinə yetirir və Qüydel daha 6 il həbsxanada yaşayır. Rəsmi olaraq o, məhbus sayılmır, yalnız humanizm baxımından onun həbsxanafa qalmadına icazə verilir. Onun üçün digər məhbuslara qoyulan məhdudiyyətlər tədbiq olunmur. 
  
1980-ci ildə nəhayət onu həbsxana divarlarını tərk etməyə və adi qocalar evinə köçməyə inandlra bilirlər. Həbsxana qapısının qarşısına toplaşmış çoxsaylı jurnalistlər və Ginnesin rekordlar kitabının nümayəndələri, Qeydelin rəsmi olaraq 68 il 296 gün dəmir barmaqlıqlar arxasında cəza çəkən insan kimi fikirlərini öyrənmək istəyirlər. Lakin "azadlıqla görüş" baş tutmur. O, sadəcə olaraq "xahiş edirəm, heç bir səs-küyə ehtiyac yoxdur"- deyərək onun üçün gələn avtomobilə minir və Nyu-York şəhərinin Dattçess dairəsindəki qocalar evinə gedir.
  
Qeydel 1987-ci ildə, 69-illik həsxana həyatından sonra, 93 yaşında ömrünün sonlarını yaşadığı qocalar evində vəfat edir. O, son gününədək mətbuatla əlaqədən imtina edir...

  
Rus dilindən müəyyən ixtisarlarla tərcümə:
   
Rüstəm Hacıyev