7 restoranda "Qırmızı kitab"a düşən heyvanların əti satılıb
Ötən il 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb, qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib.
Adalet.az xəbər verir ki, bunu AQTA-nın sədr müavini Əziz Şərifov deyib.
Onun sözlərinə görə, parılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib:
"İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb.
Eyni zamanda bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb. Bundan başqa, ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. Hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb, qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib".
Digər Xəbərlər
26 Yanvar 2026 13:20
Gəncəyə uçan təyyarə Bakıya geri qayıtdı
26 Yanvar 2026 12:59
Xocalının bu kəndlərinə növbəti köç karvanları yola salınıb
26 Yanvar 2026 11:58
“Daşaltı əməliyyatı” niyə uğursuz oldu? – Hərbi ekspert səbəbləri açıqladı
26 Yanvar 2026 10:31


Bakı -°C

