“Milli, əxlaqi və mənəvi dəyərlər mütləq şəkildə dövlət tərəfindən qorunmalıdır”
“Azərbaycan konustitusiyaya görə dünyəvi dövlətdir. Dünyəvi dövlət olmaqla yanaşı müsəlman ölkəsidir. Rusiya və Avropa ölkələri də dünyəvi dövlətdir. Amma, xristian ölkələridir. Hər bir xalqın və onun dövlətinin dini inancları var.Azərbaycan xalqı 7-ci əsrdə İslam dinini qəbul edib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan İslam oyunlarına ev sahibliyi edib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib:
“Prezident İlham Əliyev ötən ay Türk dövlətlərinin din xadimləri ilə görüşdü. İslam həmrəyliyinin və Türk birliyinin önəmini vurğuladı.70 il SSRİ vaxtında ruslar Azərbaycanda ateizmi tətbiq etdilər. 70 il SSRİ İslam dini ilə mübarizə apardı. SSRİ yoxdu amma, İslam dini inkişaf edir. Azərbaycan xalqına 70 il ateizm dərsləri keçirildi. Bu xalq isə,öz dinindən imtina etmədi. Azərbaycan konustitusiyasına görə hər bir vətəndaşın dini etiqad və vicdan azadlığı var. Buna baxmayaraq xalqın dəyərləri var. Onu qorumaq və hörmət etmək lazımdı”.
Onun fikrincə milli, əxlaqi və mənəvi dəyərlər mütləq şəkildə dövlət tərəfindən qorunmalıdır:
“Ümumiyyətlə, hər bir ölkə hüquqi müstəvidə yüksək səviyyədə idarə olunarsa, həmin ölkələrdə cəmiyyəti narahat edən məsələlər baş verməz. Azərbaycan cəmiyyətini hədəfə alan qüvvələr var. Azərbaycanda daima qarşıdurma yaratmağa çalışanlar olub. Dövlət ciddi şəkildə bu təxribatların qarşısını zamanla alıb. Milli birliyimizi və bütövlüyümüzü, dəyərlərimizi qorumaliyiq.Azərbaycan xalqı ikinci Qarabağ müharibəsində ən ali dəyərlərə mənsub olduğunu ortaya qoyan xalqdır!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Noyabr 2026 00:11
Prezidentin sosial media hesablarında paylaşım edildi - FOTO
11 Noyabr 2026 20:02
Azərbaycanın yerləşdiyi coğrafiya... - Səxavət Məmməd yazır
11 Noyabr 2026 19:35
Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı Səfirliyində olub - VİDEO
11 Noyabr 2026 18:15
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTOLAR
11 Noyabr 2026 17:54
Ramil Usubov MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə iştirak etdi
11 Noyabr 2026 17:25
İlham Əliyev COP31 Liderlər Sammitində - YENİLƏNİB + FOTOLAR
11 Noyabr 2026 15:07
Əliyevlə Ərdoğanın səmimi anları - FOTOLAR
11 Noyabr 2026 14:52


Bakı -°C

