adalet.az header logo
  • Bakı -°C
15 Oktyabr 2026 13:24
61
SAĞLAMLIQ
A- A+

“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”

“Darvinin təkamül nəzəriyyəsinə inanmağa başlamışam. Söhbət meymunun adama çevrilməsi ilə bağlı deyil”. 

Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib:

“Bədən quruluşu ilə bağlıdır. Baxın hər gün saatlarla telefonda oturanların kürək hissəsi donqarlaşır, boyun qabağa gəlir. Bu forma insan bədənini meynun bədəninə oxşatmağa başlayır. Telefona çox aludə olmayın. Ya da oturanda bədəninizi düz saxlamaq kimi vərdişləri qazanın. Əks halda kürək ağrıları və boyunda əyilmə səhhətinizə ciddi zərər vuracaq. Özünüzə baxın bütün xəbərlərdən xəbərdar olmaq da sinir sisteçinə zərərdir”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN