adalet.az header logo
  • Bakı -°C
21 Oktyabr 2026 11:15
56
HADİSƏ
A- A+

Dərin quyu hələ də doldurulmayıb...

Bir aya yaxındır ki, Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsindəki " D" massivi bina 13- ün həyətində su xəttində baş vermiş qəzanı  rayonun Su- Kanal İdarəsi aradan qaldıra bilmir.

Bir müddət içməli su həyətə  və zərzəmiyə axıb böyük bir gölməçə yaratdı.Sakinlərin təkidli narazılıqdan və şikayətdən sonra məlum qurumun qəza xidməti həmin yerdə təmir işləri apardı və içməli suyun axmasının qarşısını aldı. Amma orda təmir işlərindən sonra bir metrə yaxın quyunu doldurmadılar! İki-üç gündən bir onlar gəlib orda nəsə iş görür və çıxıb gedirlər.

Dərin quyu isə qalır! Bu çalaya dəfələrlə   bir neçə avtomobil düsüb və nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib. Orxan adlı sürücü deyir ki, onun idarə etdiyi avtomobil həmin dərin quyuya düşüb və onun maşınına  böyük ziyan dəyib! Hansı ustanın yanına gedir 400-500 manat təmir işlərinə pul istəyirlər. Mən də məcbur olub yolu bərbad  günə qoyan Su- Kanal İdarəsini məhkəməyə verəcəyəm! Bu çalaya hər gün ya maşın, ya  da kimsə düşür.

Həmin yer məktəbin yanındadır. O  günü bir məktəbli uşaq da həmin çalaya düşmüşdü. Valideyni dünyanı dağıdırdı. Deyirdi ki, gedib polisə şikayət edəcəyəm. Amma Su- Kanal İdarəsi rəhbərinin dünya vecinə deyil! Və məsuliyyətdən yaxasını kənara çəkir! Gərək kimsə o dərin çalaya düşüb ölsün ki, orda təmir işlərini başa çatdırsınlar və quyunu doldursunlar. Bu gedişlə çətin ki, məsələ həllini tapsın! Mövzuya yenidən qayıdacağıq!!!

Emil FAİQOĞLU