adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2026 08:01
102
DÜNYA
A- A+

ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR

"The New York Times" qəzeti hesab edir ki, Demokratlar Partiyası ara seçkilərin nəticələrinə əsasən ABŞ Konqresinin Senatına nəzarəti 95 %-dən çox ehtimalla əldə edəcək.

Adalet.az-ın xəbərinə görə, nəşr bildirib ki, demokratlar ya artıq qalib gəlib, ya da çox güman ki, Konqresin yuxarı palatasında nəzarəti təmin etmək üçün əhəmiyyətli olan dörd ştatda qələbə qazanacaqlar.

"Associated Press"in məlumatına görə, hazırkı vaxta qədər Demokratlar Partiyasının nümayəndələri ABŞ Senatında 46 yeri, respublikaçılar isə 37 yeri tutub.

Bundan əlavə, demokratlar respublikaçı rəqiblərinə qarşı 127 mandatlıq səsvermədə qalib gəliblər, Respublikaçıların namizədləri isə ABŞ Konqresi Nümayəndələr Palatasında cəmi 73 yeri əldə edib.

Demokratlar qubernator vəzifələri uğrunda mübarizədə də önə keçib – 11-ə qarşı 16.

 

07:28

ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Konqresə aralıq seçkilərdə liderlik edirlər.

Adalet.az-ın "Associated Press"ə (AP) istinadən məlumatına görə, demokratlar hazırda Nümayəndələr Palatasında 77 yer, respublikaçılar isə 40 yer qazanıblar.

Demokratlar həmçinin qubernator vəzifələri uğrunda yarışlarda əsas rəqiblərini məğlub edirlər. Belə ki, materiallar dərc edildiyi vaxta qədər demokrat namizədlər 15 ştatda qalib gəliblər, respublikaçılar isə cəmi 10 ştatda seçiliblər.

ABŞ Senatında demokratlar 45 yerə, respublikaçılar isə 35 yerə sahibdirlər.

05:31

ABŞ-də Konqresin yeni üzvlərini və 36 ştatın qubernatorunu müəyyənləşdirəcək aralıq seçkilərdə səslərin sayılması davam edir.

Adalet.az "Associated Press"ə istinadən məlumatına görə, demokratlar; Kori Buker, Culiana Stratton, Kris Kuns, Con Ossoff və Mark Uorner müvafiq olaraq yenidən Nyu-Cersi, İllinoys, Delaver, Corciya və Virciniyadan ABŞ Senatına böyük fərqlə seçiliblər.

Demokratlar Partiyasının namizədləri həmçinin Massaçusets və Rod-Aylenddə ABŞ Senatına seçkilərdə qalib gəliblər.

Bundan əlavə, Demokratlar Partiyasının nümayəndəsi Debbi Vasserman-Şults Florida ştatının 20-ci Seçki Dairəsindən Nümayəndələr Palatasına seçkilərdə qalib gələrək Konqresdə 12-ci müddətə seçilib.

Hazırda demokratlar ABŞ Senatında 41 yerə, respublikaçılar isə 31 yerə sahibdirlər. Demokratlar Partiyasının nümayəndələri Konqresin Nümayəndələr Palatasına seçkilərdə də öndədirlər: 25 yerə qarşı 13 yer.

Noyabrın 3-də keçirilən seçkilərdə ABŞ Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 yeri uğrunda mübarizə aparılır. Həmçinin, 36 ştatda qubernatorlar seçilir.