ABŞ-dən Suriya və Türkiyə ilə bağlı təəccüblü AÇIQLAMA

ABŞ-ın yüksək rütbəli rəsmisi Suriyadaki son hadisələrlə bağlı jurnalistlərə müsahibə verib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi eyni zamanda Türkiyə ilə də bağlı təəccüblü açıqlama verib.
Suriyadakı proseslər fonunda əsas diqqətin "yeni Suriya" və Əsəd rejimindən uzaqlaşmağa yönəldiyini bildirən rəsmi, daha yaxşı bir Suriya üçün hər kəsin sıx səy göstərməsi lazım olduğuna diqqət çəkib.
Qurum rəsmisi qeyd edib ki, Türkiyə və ABŞ bu prosesdə tam iştirak edib.
Bu kontekstdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Burns və ABŞ dövlət katibi Antoni Blinkenin türkiyəli həmkarları ilə görüşlər keçirdiklərini bildirən rəsmi bu görüşlərin konstruktiv təsirləri olduğunu bildirib.
Digər Xəbərlər

ABŞ ordusu daha bir gəmini bombaladı

Nobel olmasın, Nikson olsun - Tramp Sülh Mükafatını aldı

Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb

Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışıb

Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirdi

“Tramp və Putin arasında Budapeşt görüşünün perspektivi yoxdur” – Politoloq

“Bu, Paşinyanın mövqeyini gücləndirəcək...” - Politoloq
