ABŞ-ın Dini Etiqad Azadlığının qərəzli hesabatı: Bu daş, bu da tərəzi
Növbəti dəfə okeanın o üzündən Azərbaycana qarşı əsassız hücumlar başlayıb.
Adalet.az xəbər verir ki, ABŞ-ın 2025-ci il Dini Etiqad Azadlığı Hesabatının 46-48-ci səhifələri tamamilə Azərbaycanda dini etiqad azadlığının pozulmasına, o cümlədən erməni abidələrinin dağıdılmasına və digər məsələlərə həsr olunub.
Ədalət prisiplərindən kənarda hazırlanan hesabat Azərbaycanda dini etiqad azadlığının bərbad vəziyyətdə olması ilə başlayır. O, həmçinin Qarabağda "erməni abidələrinin" dağıdılması hallarını vurğulayır. Hesabatda iddia edilir ki, Kornell Universitetinin Qafqaz İrsi üzrə Müşahidələr Təşkilatı (CHW) Qarabağda və onun ətrafında dağılmaqda olan dini irs obyektləri ilə bağlı yeni peyk məlumatlarını dərc edib, irsin dağıdılması ilə bağlı yeni hallar, o cümlədən 19-cu əsrə aid kilsə, mədəni irs və digər iki qəbiristanlıqları aşkar edib.

2024-cü ilin iyununda ABŞ-da yerləşən Freedom House təşkilatı dərc edib ki, Azərbaycan 2020 və 2023-cü illər hərbi əməliyyatları zamanı “ Qarabağı erməni əhalisindən və tarixi-mədəni varlığından təmizləmək üçün hərtərəfli, əlaqələndirilmiş strategiya” həyata keçirib. Təşkilat bu hərəkətləri hərbi cinayətlər və insanlığa qarşı cinayətlər kimi qiymətləndirib.
2013-cü ildən başlayaraq Azərbaycanı hədəf alan Dini Etiqad Azadlığı təşkilatının ədalətsiz yanaşması göz qabağındadır. Məsələn, hamımız anlayırıq ki, Dini Etiqad Azadlığı təşkilatı işğalçı Ermənistan Azərbaycana hücum etməmişdən əvvəl Qarabağ bölgəsində 706 tarixi və mədəniyyət abidələrinin mövcud olduğunu dəqiq bilirdi.
.
Onu da bilirdilər ki, həmin tarixi və mədəniyyət abidələrinin 11-i beynəlxalq (6-sı memarlıq, 5-i arxeoloji), 240-ı dövlət (119-u memarlıq, 121-i arxeoloji), 455-i yerli (393-ü memarlıq, 22-si arxeoloji, 23-ü parklar və xatirə abidələri, 17-si dekorativ sənət işləri) əhəmiyyət daşıyıb.
Dağlıq Qarabağın, ona bitişik rayonların, o cümlədən Ermənistanla sərhəddə yerləşən Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Ermənistan tərəfindən işğalı nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib.

1988-1994-cü illərdən başlayaraq Azərbaycana qarşı, eyni zamanda Azərbaycann maddi və mənəvi irsinə qarşı vəhşicəsinə talana başlayan ermənilərin 67 məscidimizi, 144 məbədimizi, 192 ziyarətgahımızı dağıdıb yerlə yeksan edəndə harda yatıb qalmışdı?
Buna baxmayaraq Şuşada təmir başlayanda ilk təmir olunan Qazançı kilsəsi olub. İşğalçılardan geri alınan Azərbaycan Respublikasının Xankəndi şəhərində yerləşən 1 kafedral və 1 kilsə qorunur.
Bunları da öz hesabatınıza əlavə etsəydiniz, sizin hesabatınıza əminim önəm verilərdi. İndi isə sizin ədalətdən kənar hesabatınız Azərbaycan üçün mənasız cızma qaradan başqa heç nə deyil.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:56
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C

