"ABŞ iqtisadiyyatı tənəzzülə üğraya bilər"
Birləşmiş ştatların JP Morgan Chase bankının baş icraçı direktoru Ceymi Daymon bəyan edib ki, ABŞ-la Çin arasında rüsumların azaldılmasına baxmayaraq, ABŞ iqtisadiyyatı tənəzzülə doğru gedir.
Bankın baş iqtisadçısı Maykl Feroli bununla bağlı bildirib ki, iqtisadiyyatda tənəzzülün başlanması ehtimalı hələ ki, 50 faizdən aşağı olmasına baxmayaraq, çox yenə də yüksəkdir.
"Əgər tənəzzül baş verərsə, onun miqyası və hansı müddətə qədər sürəcəyini deyə bilmərəm. Ümid edirəm ki, biz bunun qarşısını ala biləcəyik"- deyə Daymen Bloomberg TV-yə müsahibəsində bildirib.
Bridgwater Associates fondunun qurucusu Rey Dalio bəyan edib ki, "Trampın ticarət siyasəti ABŞ-ın və ümumiyyətlə dünya iqtisadiyyatını ağlar nəticələrə gətirib çıxara bilər".
Rüstəm Hacıyev
Digər Xəbərlər
02 Sentyabr 2026 11:30
“Qırğızıstanın əhəmiyyəti sadəcə 77 milyon dollarlıq mövcud ticarətlə ölçülməməlidir”
02 Sentyabr 2026 10:19
Azərbaycan nefti 97 dolları keçdi
02 Sentyabr 2026 09:55
“Azərbaycan və Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki...”
02 Sentyabr 2026 09:38


Bakı -°C

