ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb -YENİLƏNİB
ABŞ Silahlı Qüvvələri 1 sentyabrda İranın hərbi hədəflərinə, hava hücumundan müdafiə obyektlərinə, radiolakasiya sistemlərinə və rabitə məntəqələrinə zərbələr endirərək hücumları başa çatdırıb.
Adalet.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
"CENTCOM qüvvələri 1 sentyabrda İranın hərbi hədəflərinə zərbələri uğurla başa çatdırıb. ABŞ Silahlı Qüvvələri hava hücumundan müdafiə obyektləri, radarlar, dəniz vasitələri və obyektləri, minaların quraşdırılma vasitələri və rabitə qurğuları da daxil olmaqla, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu - Silahlı Qüvvələrin elit bölməsi - red.) hədəflərinə hücum edib", - komandanlığın açıqlamasında bildirilir.
CENTCOM bildirib ki, zərbələr SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərinə və bölgədəki ABŞ hərbi qulluqçularına hücum cəhdlərindən sonra baş verib.
01 sentyabr, 20:55
ABŞ Silahlı Qüvvələri bu gün Hörmüz boğazında İran obyektlərinə kütləvi zərbələr endirməyə başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Bu gün Şərq vaxtı ilə saat 12:00-da ABŞ Silahlı Qüvvələri İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə zərbələr endirməyə başlayıb. Zərbələr SEPAH tərəfindən Hörmüz boğazındakı kommersiya gəmiçiliyinə və regionda yerləşdirilmiş Amerika hərbçilərinə qarşı son hücum cəhdlərinin ardınca endirilib", - bəyanatda qeyd olunub.
Digər Xəbərlər
01 Sentyabr 2026 19:43
"Apple" şirkətinin direktoru istefa verdi - Yeni təyinat
01 Sentyabr 2026 19:33
Ukrayna dənizə çıxış imkanını İTİRDİ
01 Sentyabr 2026 18:44
Putinlə Ərdoğanın görüşü oldu - Müzakirə edilən məsələlər
01 Sentyabr 2026 17:58
Kosmosa uçan ilk jurnalist vəfat etdi
01 Sentyabr 2026 16:59
"Əminəm ki, qalib gələcəyik" - Pezeşkian
01 Sentyabr 2026 16:21
Putin danışdı, Peskov yatdı - VİDEO
01 Sentyabr 2026 16:14
"Türkiyə sülh və sabitlik naminə səylərini davam etdirir" - Ərdoğan
01 Sentyabr 2026 14:10


Bakı -°C

