17 Iyul 2024 13:25
519
SİYASƏT

 ABŞ rəsmisinin müəmmalı missiyası: Ayran  içməyə gəlib, yoxsa, ara açmağa? 

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Üzra Zeyanın  iyulun 13-16-da Ermənistana səfəri oldu.

Onu da xəbər verdik ki, xanım Zeya Ermənistana xəbər gətirmişdi ki, Bayden Administrasiyası onlara 16 milyon dollara yaxın vəsait ayırıb. Xanım Zeya bir neçə dövlət və hökümət adamlarının qəbulunda oldu. Ermənistanın siyasi və iqtisadi durumu, vətəndaş cəmiyyəti ilə insan haqları, korrupsiya ilə mübarizə və mətbuat azadlığının gücləndirilməsi ilə bağlı müzakirələr aparıb.

Di, çıxsın getsin də!
Getməyib!

Adalet.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Uzra Zeya ABŞ-ın Ermənistandakı səfirl Kristina Quinnlə də görüşüb. Xanım Kristina da xanım Zeyanı götürüb gedib Ermənistanın zəngin mədəni irsi ilə tanış olmaq üçün Lori bölgəsində orta əsrlərə aid Haqpat monastır kompleksinə baş çəkib.(Məlumdur ki, məbəd qədim türk diyarında türklərə məxsus bir abidə olub)
Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb. "X" mikroblokunda xəbəri paylaşan səfir yazıb:"Mədəni və dini irsin qorunması son dərəcə vacibdir".

 Daha sonra Zeya həmçinin saxta erməni “soyqırımı memorialı”nı ziyarət edib.

Qeyd edək ki,  ABŞ-ın Ermənistandakı səfirinin Mədəni Dəyərlərin Qorunması Fondu məbədin bəzi Alban abidələrinin bəzi  hissələrində bərpa işlərinə, digər hissələrində isə gücləndirmə işlərinə 175 min dollar ayırıb. Məhz sərhəddə yerləşən Alban abidələrini tələsik bərpası ilə məşğul olmağa çalışan Ermənistan gələcək üçün bizə yeni sürpriz planlar hazırlayır

 Əntiqə Rəşid