Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
"Azərbaycan Dəmir Yolları"ndan Adalet.az-a verilən məlumata görə, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.
"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda qeyd olunur.
Digər Xəbərlər
jpg-1754572142.jpg)
26 kəndin mühasirədən qurtarıldığı gün: Uğurlu Başkənd əməliyyatı - 33

İlham Əliyevin Vaşinqtondakı korteji - VİDEO

Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
