Abxaziyada matəm elan edildi: 5 uşağın faciəsi
Abxaziyada yanvarın 6-da fərdi evdə baş verən yanğın nəticəsində 5 uşağın ölümü ilə bağlı matəm elan edilib,
Adalet.az xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, Abxaziyanın Qali rayonunun Papanirxua kəndində baş vermiş yanğın nəticəsində faciəyə səbəb olub:"Səhər sobanı yandırmaq istəyən yaşlı qadın benzinlə dizeli səhv salıb və alışma baş verib. Ev taxtadan olub və tez bir zamanda alışıb. Həmin vaxt evdə 5 uşaq yatırmış, onları xilas etmək mümkün olmayıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, prezident səlahiyyətlərini icra edən Badra Gyunbanın sərəncamına əsasən,5 uşağın öldüyü faciə ilə əlaqədar yanvarın 6-sı ölkədə matəm günü elan edildiyi üçün bütün dövlət qurumlarında dövlət bayraqları endiriləcək, mədəniyyət müəssisələrində, televiziya və radioda əyləncəli tədbirlər və verilişlər ləğv ediləcək.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Oktyabr 2026 20:31
Azərbaycanda polis rəisinin müavini vəfat edib
18 Oktyabr 2026 00:39
“Qarabağ” - “Neftçi” matçında insident: 19 nəfər saxlanıldı
17 Oktyabr 2026 16:25
Biləsuvarda qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB
17 Oktyabr 2026 00:24


Bakı -°C

