adalet.az header logo
  • Bakı 20°C
23 May 2022 12:29
860
ŞOU-BİZNES

Afət Fərmanqızının “qalmaqal” dosyesindəkilər: Kim ona “başdanxarab”, kim “həşərat”, kim “bədbəxt və ağılsız” dedi?

Barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı həyat yoldaşı ilə birlikdə Antalyayaoradan da Rusiyaya getdiyini xəbər vermişdik. məlum olub. Onu da qeyd etmişdik ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.

Yetənə yetən, yetmədiyini bir “daş atan” Afətin qalmamqal siyahısı həmişə geniş olub.

Adalet.az müğənninin dava-dalaş saldığı, qalmaqal yaratığı şou-biznes nümayəndələrindən bir neçəsini sizin nəzərinizə çatdırır.

1. Afətin aqressiv qalmaqallarından biri ARB TV-də yayımlanan "Səhər Səhər" verilişində yaşanıb.Aparıcı Gülər müğənniyə əməliyyat olunub olunmadığı sualını ünvanlayıb. Bu sual Afəti qıcıqlandırıb və o, cavabında Gülərə sərt sözlər işlədib:"Gəl gedək yoxla. Kim mənim əməliyyat olunduğumu sübut etsə ona 10 min dollar verəcəm. Siz başqdan ayağa silikonsuz, botokssuz. 20 yaşında müğənnisiz, başdan ayağa yığılmasız. Amma mənim 40 yaşım var. Bir yerimdə əməliyyat yoxdur".

2. Afət Fərmanqızı "7 Canlı" proqramında ona ünvanlanan "Kaş aranızda soyuqluq olmazdı" sualını Xalq artisti BrilliantDadaşovaya aid etdiyini deyib.

İfaçı bildirib ki, mübahisəyə səbəb onun qalmaqallı "Pencu şeş" mahnısı olub:

"Brilliant xanımın sənətini sevirəm. Məlum mahnı ilə bağlı qalmaqalda bilmədi söhbət nədən gedir. Onu səhv məlumatlandırdılar. Dedilər, guya mən tənqid edəni təhqir edirəm. Yox, tənqid deyildi. Məni təhqir etdi, mən də cavab verdim. O, söhbəti yayımlamadım. Jurnalistlər mənimlə əlaqə saxlasın, ona həmin təhqirləri verim. Yayımlamasınlar, amma görsünlər o təhqiri".

3. "Xəbər Ətər" proqramında Afət Fərmanqızı ilə Roza Zərgərli arasında da qalmaqal yaşanıb.

A.Fərmanqızı R.Zərgərlinin Elariz yolu oxuduğunu, onun bir toyu başdan sonadək aparmadığını, yarım saat çıxış etdiyini söyləyib.

Aparıcı Zümrüd Bədəlova R.Zərgərlini telefon bağlantısı ilə efirə qoşub. Mübahisə qızışıb.

A.Fərmanqızı dərhal keçmişdə baş verən bir olayı R.Zərgərlinin yadına salıb və onu təhqir etdiyini, "həşərat" dediyini xüsusi vurğulayıb:

"Axı sizin videonuz sosial şəbəkələrədə var. "Həşərat" demisiniz. Zümrüd xanım, siz də sualı düzgün ünvanlayın ki, iki xanım dalaşır, sən nə gəzirsən orda? O elə fikirləşdi ki, keçən dəfəki söhbətə görə zəng etmisiniz. On gündür Roza xanımın həmin videosu yayılıb. Mən də cavab vermirdim. Deyirdilər ki, sizin R.Zərgərli ilə nə probleminiz var? Gözləyirdim ki, Roza xanım açıqlama yaysın ki, köhnə videodur. O, danışmadı, mən məsələyə aydınlıq gətirdim".

R.Zərgərli hiddətlənərək danışığı yarımçıq dayandırıb.

4. Populyar meyxanaçıı, ifaları ilə sosial şəbəkələrdə rekordlar qıran Ramil Sədalı ilə tanınmış xanım müğənni Afət Fərman qızı arasında böyük qalmaqal yaranmışdır. Meyxanaçı Ramil Sədalı onun müəllifi olduğu mahnını Afətin icazəsiz oxuması ilə müəllif hüquqlarını pozduğunu və bir çox sənətçilərin bu cür hərəkət etdiklərini bildirib.
Mahnılarının oğurlandığını deyən sənətçi əvəzində "sağ ol" da demədiklərini bildirib.

5. ARB-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı olan müğənni Afət Fərmanqızı belə bir ifadə işlətmişdi: Nadir Qafarzadə, rəqqasə Sevda, Roza, Nüşabə… Hansı ki, özləri məndən artıq oxumur. Onlar da şahnaz muğamı oxuya bilmir, mən də, onlar da qatar oxuya bilmir, mən də. Nə üzlə sənətdən danışırlar?Düşünürlər ki, Afətə gül gəlir, kimdir bu? Nəyə görə ona gül gəlməlidir? Ürəkləri partlayır, xaindilər.

N. Ələsgərli bizə cavab olaraq bunları dedi: “O başdanxarabın biridir. Mən o adamın dediklərinə münasibət bildirmək istəmirəm”.

6. Siyahını uzatmaq da olaraq, amma son olaraq, xalq artisti Flora Kərimova televiziyada Afət Fərmanqızını “Pəncü şeş” mahnısına görə kəskin tənqid etmiş, ona “bədbəxt və ağılsız” demişdi. Fərmanqızı isə "Öl, canımız səndən qurtarsın, əxlaqsız, sənə nifrət edirəm" sözlərini işlətmişdi.

Qeyd edək ki, xalq artisti Flora Kərimova Afət Fərmanqızını bağışlamayacağını deyib və sonacaq gedəcəyini vurgulayıb.

Əntiqə Rəşid