Ağ Evin yeni sahibi pulların hesabatını istəyir... - Elxan Şükürlü yazır
Ciddi hazırlıqları aparılan Tramp-Putin görüşünün faydasını bütün dünyaya göstərmək üçün ilk böyük sövdələşmənin Cənubi Qafqazla bağlı ola biləcəyi haqda gözləntilər özünü doğruldur: artıq həm Azərbaycan, həm də Ermənistan rəsmən təsdiqləyib ki, tərəflər arasında sülh sazişinin mətni tam razılaşdırılıb!
Beləliklə, qalır görüş yeri və bir də Cənubi Qafqaz uğrunda bir-biriylə çarpışan iki nəhəng gücün - ABŞ və Rusiya rəhbərlərinin bu məsələdə razılaşdırılmış ortaq mövqeyi.
Hazırda Azərbaycan və Ermənistan rəhbərliyinin qarşılıqlı şəkildə bir-birinə qarşı irəli sürdüyü "Konstitusiyanı dəyişmək" tələbi isə prosesi məhz ABŞ-la Rusiyanın ortaq nöqtəyə gələ bilmə anınadək uzatmaq mexanizmidir. "Nəhənglər" öz aralarında dil tapan, ortaq nöqtəyə gələn kimi, çox güman ki, həm Ermənistanda, həm də Azərbaycanda yeni Konstitusiya dəyişikliklərinə getmə qərarı veriləcək.
Hadisələrin axarını diqqətlə izləyənlər bilir ki, Əliyevlə Paşinyan 2023-cü ilin 26 dekabrındakı Sankt-Peterburq görüşündən üzü bu yana, diplomatik manevrlərlə bir-birini çox məharətlə qoruyaraq, yeni böyük hərbi toqquşmalara təhriklərdən yayınmağa və prosesi ABŞ-dakı seçkilər başa çatana, Ukraynadakı geopolitik güc nisbəti tam müəyyənləşənədək uzatmağa çalışırdılar və buna da nail oldular.
Ukrayna savaşı getdiyi ərəfədə Paşinyanı sülhdən yayındırmağa və Cənubi Qafqazdan da Rusiya əleyhinə ikinci bir cəbhənin açılmasına çalışan çevrələr artıq ABŞ-da məğlub olublar və Avropada da siyasi səhnəni tərk edirlər, bu isə Paşinyanın önündəki "Qərb səddi"ni götürür...
İndi əsas məsələ ABŞ və Rusiya rəhbərlərinin görüş tarixinin və yerinin müəyyənləşdirilməsidir.
Əgər prezident Trampın 9 mayda - faşizm üzərində qələbənin 80 illiyində Moskvaya gəlişi real olarsa, səfərə əngəl törədilməzsə, çox güman ki, bu qələbənin əldə edilməsində rolu olan keçmiş sovet respublikalarının - Azərbaycanın və Ermənistanın rəhbərlərinin də iştirakıyla "dördlü format" seçilə və sülh müqaviləsinin imzalanması elə Moskvada da həyata keçirilə bilər.
Azərbaycan prezidenti İlham Əliyevin martın 14-də "Euronews" televiziyasına müsahibəsində "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq" cümləsi də, çox güman ki, məhz bu perspektivə işarədir.
Yeri gəlmişkən, prezident İlham Əliyev sözügedən müsahibəsində, dolayısıyla, Ukrayna prezidenti Zelenskinin seçdiyi taktikanın hansı aqibət vəd etdiyinə də açıq eyham vurub. Görək, Zelenskisevərlərimiz Azərbaycan prezidentinin bu cümlələrini indi kimin ünvanına yozacaqlar: "...Əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək".
Ağ Evin yeni sahibi gəlib və ABŞ-ın ayırdığı pulların hesabatını istəyir...
Digər Xəbərlər
22 Dekabr 2025 18:01
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub
22 Dekabr 2025 17:40
Sergey Məlikov İlham Əliyevi təbrik etdi
22 Dekabr 2025 17:06
Ceyhun Bayramov Vladanka Andreyeva ilə görüşüb
22 Dekabr 2025 16:38
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib
22 Dekabr 2025 16:31
Tatarıstanın Rəisi Prezident İlham Əliyevi təbrik edib
22 Dekabr 2025 16:25
"Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib"
22 Dekabr 2025 15:38
"Qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır" - Baş nazir
22 Dekabr 2025 14:35


Bakı -°C

