Aİ müşahidəçilərinin "Xəzinəvar" böhtanı: "Sənədləşdirmə"

Avropa Birliyinin Ermənistandakı “müşahidə missiyası”nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam etdirir və hətta böhtan atmaqla anti-Azərbaycan addımı atıblar .
Baxmayaraq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan MN-in Ordumuzun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə yaydığı məlumat gerçək olmadığını təsdiqlədi:Xanazax yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən intensiv atəş açılması barədə Ermənistan mediasının aprelin 21-də yaydığı xəbərlər məqsədyönlü dezinformasiyadır və heç bir real əsası yoxdur".
Amma , əlbəttəki həqiqəti heç zaman yaxına buraxmayan nə ermənilər, nə də ermənidən də artıq erməni olan ermənipərəslər bu rəsmi açıqlamaya məhəl qoymayıblar.
Adalet.az xəbər verir ki, erməni mediası növbəti bir yalanı tirajlamaqda israrlıdırlar. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan qüvvələrinin Xoznavar kəndində guya yaşayış evinə zərbə endirdiyini açıqlamışdı. Bu məlumatdan ilhamlanan Aİ-nin Ermənistandakı missiyasının əməkdaşları Zəngəzur ərazisində sərhəddə yerləşən Xanazaxa qonşu olan Xoznavar kəndində "atışma" nəticəsində dəymiş ziyanı "sənədləşdirib".
Guya evlərdən birinin damında quraşdırılmış günəş enerjisi ilə işləyən su qızdırıcısı sıradan çıxıb. Sənədləşdirmədə deyilir:"Pasxa həftəsonu missiya fəaliyyət göstərdiyi ərazidə, o cümlədən Xoznavar, Xnatsax və Aravus kəndlərində 27 patrul xidməti həyata keçirib. Missiya Xoznavarda mülki infrastruktura zərər vuran və ehtimal ki, ərazidəki Azərbaycan mövqelərindən atəşə tutulan iki atəşin nəticələrini qeydə alıb".
Qeyd edək ki, ermənilərin adına Xoznavar dedikləri kəndin əsl adı Xəzinəvar olub. Tarixçilərimiz bildirir ki, Gorus rayonun bu kəndində 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşayıb. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşayıb.
1918-ci ildə kənddə yaşayan azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulublar. 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR

Qarabağda çalışanların fəaliyyətinə həssaslıqla yanaşılmalıdır - Zahid Oruc

Bu hərbçilərin maaşları da yeni redaksiyada təsdiqləndi

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı yeni qayda

Bu şəxslər mediator ola bilməyəcəklər
