Aida Adıgözəl: Gözləmək bəzən xoşbəxtlik imiş...
Bütün ölkələr həm daxili həm də xarici sülh şəraitində yaşamaq istəyir. Bunun üçün nə qədər əmək verir, nə qədər ağıllı tərpənib tarixi məqamları yaxalaya bilir? bu bir şans bir strateji qismətdir.
İlham Əliyev sübut etdi ki, gözləmək uduzmaq deyil, gözləmək məğlubiyyət deyil. Sunami zamanı dalğalar geri çəkilib var gücü, dağıdıcı qüvvə ilə sahilə doğru qayıdır. Bəzən gözləmək elə sunami kimidir. Gözləmək regionu illərlə sakit bölgəyə çevirmək üçün ömürdən paydır, bir çox daxili və xarici təzyiqlərə sükutla, öz həcminə, gücünə baxaraq içindən qıvrılaraq köks ötürməkdir. Gözləmək bir gün həmin "sındırılmalara" qalxıb qəflətən şapalaq çəkməkdir. İ. Əliyev sübut etdi ki bəzən ölkəsini böyük siyasi meydanlara təqdim etmək üçün elə bir çox məqamda diktator da olmaq lazımdır. Zəifləri ilk ölkəsində sonra da xarici masalarda udurlar!
Gözləmək bəzən seçimlərdə saxtakarlıq edilib deyənlərə "bax saxtakarlıq varsa bu dövlətin gələcəyi üçün edilib" deməkdir.
Gözləmək dövlətinin mənafeyini qərinələrin rentabelli strategiyasına tapşırıb arxayın getməkdir. Gözləmək xalqın sevgisini qazanıb onu inandırmaqdır, etibarını sübut etməkdir. Gözləmək regionda ən ağıllı dövlət başçısı olduğunu sərgiləməkdir və Qafqazda təkcə özünün deyil qonşularının da rifahını, inkişafını, güclənməsini, əzilməməsini istəmək, düşünməkdir. Bunu bizim transxətlərimizin qonşularımızın ölkəsindən keçirməklə onlara da gəlir sağlamağın isbatıdır. Gözləmək ən yaxın qonşularla dost münasibəti yaradıb onlarla dil tapmaq üçün ilk etibar qazanıb ömründən illərini xərcləməkdir. Gözləmək hər gələn şəhid tabutunun, hər ağlayan qadının, hər dağılmış yurdların, hər bərpa edilən xarabalıqların fövqündə yol çəkən dolmuş gözlərin mükafatıdır.
Təşəkkür edirəm Cənab Prezidentimiz!
Ruhun şad olsun Ulu Öndərimiz Heydər Əliyev, bizə böyük Dövlət qoyib getdiz, böyük Övlad qoyub getdiniz!
Gözləmək bəzən xoşbəxtlik imiş... mən indi çox kövrək və xoşbəxtəm.
Digər Xəbərlər
11 Iyul 2026 01:07
Rafiq ƏLƏKBƏR: Sabir Rüstəmxanlı qalası
09 Iyul 2026 10:52
İyunun “Ulduz”u çapdan çıxdı
08 Iyul 2026 17:35
Təkliklə Birlik Arasında İnsan
08 Iyul 2026 13:14
‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ İslam Sivilizasiyası Forumunda təqdim edildi
08 Iyul 2026 11:22
Nəriman Həsənzadənin son durumu…
07 Iyul 2026 10:30
Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyinə gecikmiş yazı
07 Iyul 2026 09:00
Varlı olmayanlar ehtiyatlı olsunlar - Pərvanə Bayramqızı yazır
06 Iyul 2026 09:07


Bakı -°C

