Akopyan: "Ermənilər Kiçanı tərk edir, amma mən burda ölmək istəyirəm"
“Ermənilər kəndi tərk edir”.
Adalet.az xəbər verir ki, bunu Ağdərə (Martakert) rayonunun Kiçan kəndi icma rəhbəri Arto Akopyan deyib. Erməni mediasına Azərbaycan ordusundan şikayət edən Akopyan üstəlik xislətlərinə uyğun olaraq şər-böhtan da atıb. Deyib ki, kənd 2020-ci ildən sonra Azərbaycanla sərhəd olub: “ Artsaxın işğal olunmuş ərazilərində yerləşən Azərbaycan birləşmələri kəndi müşahidə etməklə yanaşı, kəndliləri öz torpaqlarını əkib-becərmək imkanından da məhrum ediblər. Kənd təsərrüfatı torpaqları tamamilə azərbaycanlıların nəzarətindədir, onların mövqelərinə çox yaxındır. Təxminən 30 hektara yaxın ərazini ümumiyyətlə əkmək mümkün deyil. Payız əkini natamamdır. Toxum səpmək vaxtı çatanda bizi sahəyə buraxmadılar. Rus sülhməramlılarının vasitəçiliyi ilə biz də hasar çəkməyə çalışdıq ki, heç olmasa mal-qaranı yaylağa aparaq. onların (azərbaycanlıları nəzərdə tutur red.) mövqelərinin yaxınlığında, buna da imkan vermədilər. İndi biz inəkləri meşəyə aparırıq”
Xəstə təxəyyülü ilə şər – böhtanı dayandırmaq əvəzinə daha da genişləndirən icma rəhbəri əlavə edib ki, Azərbaycanlıların yaratdığı çıxılmaz şəraitdən kənddə demək olar ki, mal-qara qalmayıb:”20-yə yaxın baş sərhədi keçdi, düşmən onları qaytarmadı, qalanları isə kəsildi”
Kəndin başçısı xatırlayır ki, müharibədən əvvəl cəmi 140 baş mal-qara var idisə, indi 15-ə qədər azalıb.
Sonda erməni bildirib ki, bütün bunlara baxmayaraq, kənd başçısının Kiçandan ayrılmaq fikri yoxdur. Bütün bu müddət ərzində yalnız bir neçə ailə qaldı, qalanların getdiyini eşitmək belə istəmir. Evimizi, torpağımızı niyə tərk edək ki... Nə qədər çətin olsa da, buradan gözəl yer yoxdur. Mənim üçün başqa yerə getməkdənsə, burada yıxılıb ölmək yaxşıdır. Məni dəfn etməsələr də, heç olmasa öz torpağımda olacağam” deyə Akopyan bildirib.
Qeyd edək ki. ermənilərin Kiçan adlandırdığı Ballıqaya 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.Hazırda kəndə Rusiya Sülhməramlı qüvvələri nəzarət edir. Kəndin ən qədim abidəsi Anapat monastırıdır. Kompleks ərazisində aşkarlanmış ən qədim kitabə 1191-ci ilə aid olan xaç daşların birinin üzərində yerləşir. Bununla yanaşı Kiçan monastırında 10 kitabə oxunub və çap edilib. Yeri gəlmişkən 2010-cu ilin hesabatlarında kəndə 171 nəfər olub. Hazır ki, say haqqında yalnız Kiçan kəndi icma rəhbəri Arto Akopyan bilir o da demir.
P.S. Azərbaycan Respublikasının qanunlarını tanıyıb qəbul edəcəksənsə, qal, Azərbaycanda öl, yox qəbul etməyəcəksənsə, get harda ölürsən öl...
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Sentyabr 2026 18:05
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
20 Sentyabr 2026 15:15
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12


Bakı -°C

