Aktyor: “Həmin dönəmdə çox adam birdən yox oldu”
Aktyor Müfiq Şahverdiyev pandemiya dönəmində yaşadığı çətinlikdən danışıb.
Adalet.az bildirir ki, o, daha çox bu dövrdə dostlarının onu axtarmamasından gileylənib:
“Pandemiya elə bir dövr idi ki, insanlara çox şeyi izah etdi. Şəxsən mənə çox adamları tanıtdı. Bu dövrdə bütün sahələrdə durğunluq var idi. Amma bizim işimiz ümumiyyətlə dayanmışdı. Başqa vaxt mənə can deyən, toylarında görmək istəyən adamlar birdən- birə yox oldular. Bəziləri ilə əlaqəm var idi. Amma bir neçə şəxs vardı ki, tamamilə yox oldular. Sözsüz ki, mən də onları axtarmadım. Və belə adamları daha yaxşı tanımağa başladım.
Elə adamlar var idi ki, onların obyektlərini pulsuz reklam etmişdim. Təkcə ailəsinin yox, hətta qohumlarının toyların pulsuz idarə etmişdim. Pandemiya dönəmində müvəqqəti olaraq onlardan kömək istədim, ancaq onlar mənə dəstək olmadılar”.
Əntiqə
Digər Xəbərlər
15 Iyul 2026 14:31
Qumral: “Hotelə ərimlə gedirəm”
15 Iyul 2026 13:56
Günel gileyləndi: “İnanıram ki, səsimə səs verəcəklər”
15 Iyul 2026 13:54
KƏRİM: “Düz deyirlər, özündənrazı adamam”
15 Iyul 2026 12:37
Nəfəs oxudu, Aysun hönkür-hönkür ağladı - VİDEO
15 Iyul 2026 09:36
Mahsun Kırmızıgülün səhnədəki jesti ürəkləri fəth etdi - VİDEO
14 Iyul 2026 20:11
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
13 Iyul 2026 22:00
"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı
13 Iyul 2026 17:51


Bakı -°C

