AKTYOR: “Onları inandırmaq çətin olsa da…”
Bildiyimiz kimi, bu gün “Bir iyun uşaqların beynəlxalq müdafiəsi günü”dür. Əlbəttə, fidanlar bizim gələcəyimizdir. Ancaq biz o gələcəyimizlə necə davranmalıyıq. Onlara necə xidmət etməliyik. Bu məsələ artıq fərdiləşmiş mövzudur. Yəni hər kəs öz övladını necə görmək istəyirsə, elə yetişdirməyə çalışır. Bütün bu məsələlərin fövqündə isə bir məqam dayanır- uşaqları inandırmaq. Texnologiyanın bu qədər inkişaf etdiyi bir vaxtda onları inandırmaq nə dərəcədə asandır. Doğrudanmı uşaqlar əvvəlki qədər nağıllara inanır?
Ömrünü uşaqları inandırmağa və güldürməyə həsr edən Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov müasir dövrdə uşaqları inandırmaq çox çətin olduğunu söyləyib:
“Ümumiyyətlə, uşaqları indiki zamanda nağıllara inandırmaq çox çətindir. Biz çalışırıq ki, tamaşaları müasirləşdirək ki, teatr uşaqlara maraqlı gəlsin. İndi uşaqlar daha çox “youtube” üzərindən yayımlanan cizgi filmlərinə və həmin presonajlara daha çox maraq göstərirlər. Biz də tamaşalarda o presonajlardan istifadə edirik ki, uşaqlar teatra gəlib, tamaşaya baxanda onlar üçün tamaşa maraqlı olsun. Bütün çabalarımız onların zövqünü oxşamaq üçündür. Çalışırıq ki, uşaqların tamaşaya diqqətini müasir mövzularla çəkək. Uşaqlar daha çox öz dövrlərinin personajlarını sevirlər. Onu da qeyd edim ki, yeni personajları teatra gətirməklə qətiyyən uşaqların zövqünü korlamırıq. Əksinə, o presonajlar vasitəsiylə uşaqları xeyirxahlığa , mərhəmətli olmağa səsləyirik. Bütün tamaşalarımızın əsas “mesaj”ı odur ki, dünyada yaxşılıq qalib gəlir. Onları inandırmaq nə qədər çətin olsa da müxtəlif yollarla buna cəhd edirik. Onları özümüzə inandırmağa çalışırıq ki, uşaqlar tamaşalara gəlsinlər. Uşaqlar bizim gələcəyimizdir. Biz tamaşalarımızla ancaq onlara yaxşı mesajlar ötürürük”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
15 Iyul 2026 16:33
Şuşa Qoruq İdarəsinin vəzifələri artırılıb
15 Iyul 2026 11:52
Xalq artisti: “İstedadsız adamlar həyasız olurlar”
13 Iyul 2026 17:36
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - VİDEO
09 Iyul 2026 12:30
Gənc taleyi zülmətə dönən aktrisa - Əntiqə Kərimzadə yazır…
09 Iyul 2026 10:43
ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
07 Iyul 2026 12:57
Xalq artisti Əlixan Səmədov: “Balabanı dünyaya tanıtmaq mənim milli qürurumdur”
04 Iyul 2026 09:00
Mustafa Mərdanov səhnəsində premyera
01 Iyul 2026 15:46


Bakı -°C

