AKTYOR: “Sənətə gətirdiklərimiz indi bizi saymır”
Səmimi Fərhad aktyor sənətinin qazancından danışıb.
Adalet.az xəbər verir ki, o bu sənətin qazancının məişət üçün yetərli olmadığını söyləyib:
“Bu sənətin qazancı o qədər zəifdir ki, şəxsən mənə atam- anam dəstək olmasa yaşamaq olduqca çətin olar. Mənim və ailəmin bütün qayğılarını atam- anam və uşaqlıq dostum çəkir. Razıyam ki, bu bir nemətdir ki, heç kəsin belə valideynləri və dostu yoxdur. Mənim 47 yaşım var. Bəs mən bu sənətdən nə vaxt pul qazanacam? Elə yaş dövründəyəm ki, mən valideynlərimə baxmalıyam. Atam ömür boyu fiziki işlərdə işləyib, zəhmətkeş adam olub. Birinci Qarabağ savaşında könüllü döyüşüb. Bir övlad kimi belə zəhmətkeş atanın qayğısına qala bilmirəm. Çünki maddi imkanlarım ona yetmir.
Çox qəribə bir dövrə gəlib çatmışıq. Əvvəllər ustada böyük hörmət olardı. İndi belə deyil. Dəstək olursan, əlindən tutursan ki, irəli getsin, inkişaf etsin. Ondan sonra da həmin adam dəyişilib olur başqa biri. Sənətə gətirdiklərimiz indi bizi saymır”.
Əntiqə
Digər Xəbərlər
28 Oktyabr 2026 12:31
Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
28 Oktyabr 2026 12:13
Şeyx Əbdül: “Aldığım təqaüd müalicələrimə yetmir”
26 Oktyabr 2026 12:40
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO
25 Oktyabr 2026 16:42
Xalidə Gözəl vəfat etdi
25 Oktyabr 2026 13:15
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
23 Oktyabr 2026 14:58
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
22 Oktyabr 2026 16:42
Leyla Əliyeva “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış oldu
21 Oktyabr 2026 11:41


Bakı -°C

