Alev Kılıç: “Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir”

"Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir, bununla da sərhədin delimitasiyası və demarkasiyası prosesinə, nəqliyyat-logistika marşrutlarının açılmasına mane olur. Ermənistan danışıqları bilərəkdən ləngidir".
Adalet.az xəbər verir ki, bu fikirləri Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Alev Kılıç Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.
Mərkəzin direktoru Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunun səmərəli olacağına əminliyini ifadə edib.
“Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə regiona ədalət qayıdıb. Məqsədimiz regionda təhlükəsizliyi, sabitliyi və sülhü təmin etmək naminə çalışmaqdır. Bu, vacib məsələdir. Çünki Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən bir halqadır. Məhz bu, bugünkü tədbiri unikal və əhəmiyyətli edir", - A.Kılıç bildirib.
Digər Xəbərlər

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb

Hikmət Hacıyev Almaniya XİN-in Dövlət katibi ilə görüşüb

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşdü

Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibini qəbul edib

Elnur Məmmədov Niderlandın xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparılıb

ATƏT sədri: Minsk prosesinin fəaliyyəti dekabrın 1-dək ləğv ediləcək
