Allahın bəlası adlanan "Lan" qasırğası: Floridanı sarsıdan ölüm və dağıntılar -10 foto...
Təbii fəlakət yenə ABŞ çətin vəziyyətə salıb.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə gündür ABŞ-ın Florida ştatında hökm sürən “İan” qasırğası xeyli dağıntılara səbəb olub. İnsan itkisi də qeydə alınıb. Həyatını itirənlərin sayı 40 nəfəri keçib. Nəşrlər qeyd edir ki, hazırda bu qasırğa təhlükə baxımından dördüncü kateqoriyalı güclə saatda 250 km/saat sürətlə hərəkət edir. ABŞ Milli Qasırğa Mərkəzi “İen” qasırğasının post-tropik siklon səviyyəsinə enməsinə baxmayaraq, təhlükənin hələ də qaldığı barədə xəbərdarlıq edir.
İnsan ölümləri ilə bağlı hələki dəqiq məlumat tam deyil. Sayın artacağı mümkündür
Qasırğa davam edən ərazilərdə 2,5 milyona yaxın insan təbii fəlakətə görə işıqsız qalıb, hava limanları işləmir, həmçinin, telekommunikasiya şəbəkələri də sıradan çıxıb.
Qeyd edək ki, belə dağıdıcı qasırğa 2021-ci ilin sonunda baş vermişdi. Ötən ilin dekabrında ABŞ-ın Kentuki, Arkanzas, İllinois, Missuri və Tennesse ştatlarında güclü qasırğa olub.
Təbii fəlakət nəticəsində Kentuki ştatında 50 nəfər ölmüşdü.
Əntiqə Rəşid