Almaniyada evə meteorit düşdü
Almaniyanın Reynland-Pfalts əyalətinin Koblens şəhərində evlərdən birinin üzərinə meteorit hissələri düşüb.
Adalet.az xəbər verir ki, hadisə nəticəsində evə maddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Meteoritin atmosferə daxil olaraq güclü partlayış səsi ilə parçalanmasından sonra baş verdiyi bildirilib.
Hadisə zamanı evdə sakinlər olsa da, meteorit parçalarının düşdüyü otaqda heç kim olmayıb. Polis meteorit qalıqlarının Reynland-Pfalts əyalətinin digər bölgələrində də binaların dam örtüyünə ziyan vurduğunu bildirib.
Şahidlərin sözlərinə görə, meteorit atmosferə daxil olarkən parlaq alov zolağı yaradıb və güclü gurultu ilə müşayiət olunub. Hadisə Niderland, Şimali Reyn-Vestfaliya və Almaniyanın digər bölgələrində də müşahidə edilib.
Digər Xəbərlər
07 Iyul 2026 22:11
Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO
07 Iyul 2026 20:52
Kanada Ukraynaya 900 milyon dollarlıq yardım paketi təqdim edəcək
07 Iyul 2026 20:44
Ərdoğan: Trampla gündəlikdə olan məsələləri həmrəyliklə həll edəcəyik
07 Iyul 2026 20:20


Bakı -°C

