ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Goranboy rayonundakı mina hadisəsi ilə bağlı məlumat yayıb.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, 2022-ci il 18 yanvar tarixində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində mina hadisəsi baş verib:
"Kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu təhlükəli hesab edilən keçmiş təmas xətti ərazisi istiqamətində hərəkət edərkən mina partlayışı nəticəsində xəsarət alıb.
Baş verən piyada əleyhinə mina partlayışı nəticəsində kənd sakininin sol ayağı dizdən aşağı amputasiya olunub.
ANAMA-nın İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsi məlumat üçün bildirir ki, Agentlik tərəfindən Goranboy və müharibədən zərər çəkmiş digər rayonlarda mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə fəaliyyəti icra edilir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə mina təhlükəsi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün kəndlərdə icma qrupları yaradılır. İcma qruplarının fəaliyyətinin əsas məqsədi mina təhlükəsinə dair kənd sakinlərini, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlərin təhlükəli ərazilər, partlayıcı sursatların törədə biləcəyi risklər barədə maarifləndirilməsi, İcma Komitələrinin yaradılması, rayon icra strukturları ilə əlaqələndirilməsi, son məlumatların ANAMA-da toplanılmasının təmin edilməsindən ibarətdir", - məlumatda deyilir.
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.
Digər Xəbərlər
30 Oktyabr 2025 10:07 Kəlbəcərdə azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO
30 Oktyabr 2025 10:06 17 yaşlı Əfsanənin toyundan görüntülər - VİDEO
29 Oktyabr 2025 17:10 Azərbaycanda zəlzələ oldu
29 Oktyabr 2025 15:29 Bir yaşlı körpə su quyusuna düşərək öldü
29 Oktyabr 2025 14:16 17 yaşlı hamilə gəlinin ölüm səbəbi MƏLUM OLDU
29 Oktyabr 2025 11:00 17 yaşlı qız toy gecəsi öldü
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 

Bakı -°C 






