Anna ermənicə mərsiyə oxuyub
Paşinyanın övrəti Anna başına şal bağlayıb üz qoyub İrana. Tehrana düşər-düşməz Annanı xurmayla çaya müsafir eləyiblər. Az keçmiş, İranın xanımağası Cəmilə Sədat Ələmolhoda qızı Reyhanə Rəisiylə müştərək Annayla dodaq dərbəşdiriblər.
Xoş-beş, on-onbeş, ələşəni küləşənə, İranı Turana qatandan sonra Anna qayıdıb ki, bu türklərlə bizim qan-qadamızdan xəbərdarsınız. Xocalıda başlarına oyun açdıq, Ağdamda məscidlərini tövlə elədik. Hələ insaf eləyib yerli-dibli uçurmadıq, arada minarəsinə çıxıb ətrafa göz gəzdirirdik. İllərdir məscid söhbətindən yaxamız qurtarmır. İndi baxıram, bizə dəstəyinizdən pəjmürdəhal oluban bu məscid söhbətini başınıza qaxınc eləyirlər. Ki, nətəhər olur, İran kimi İslam bayraqdarı Ağdam məscidini tövləyə çevirən bizə qucaq açır?! Xahişe-mikonəm, məni aparın ən müqəddəs şəhərinizə, ziyarətgahınıza. Günahlarımı yuyum, paklanım. Özü də, bundan ən qazanclı siz çıxarsınız ha. Dəxi kimsə bizim dostluğumuza kəm baxmaz.
Annanın bu sözü Cəmilə Sədatın xoşuna gəlib, Annanı aparıblar Qum şəhərinə. Əvvəlcə məsciddə müsafir eləyiblər, Anna Akopyan moizəyə qulaq asıb, sonra isə aparıblar Həzrəti Fatimənin məqbərəsinə. Məclis qurulub, mərsiyəxanlar, əlləri saç yolmağa, sinə vurmağa amadə arvadlar. Mərsiyəxan “Ya Fatimə” deyəndə arvadlar nətəhər qışqırıblar, nətövr ağlayıblarsa Anna özünü saxlaya bilməyib, başlayıb hönkürməyə. Hönkürə-hönkürə “axbercan” deyib sinəsinə vurub, “axbercan” deyib dizinə çırpıb. Sonra Annaya müqəddəs torpaqlardan düzəldilmiş möhür və təsbeh də hədiyyə ediblər.
İndi ola bilsin, Annanın bu ziyarəti farsların ürəyincə oldu, günahlarını bağışladılar, amma inanmıram ki, nə Həzrəti Fatimə, nə o müqəddəslər, nə də Allah bu ziyarəti qəbul eləyə...
Eminquey
Digər Xəbərlər
28 Sentyabr 2026 09:44
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
28 Sentyabr 2026 09:06
Qorxulu yuxuların səbəbi
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44
Əşyaları dəyərindən 20 dəfə baha satıldı
22 Sentyabr 2026 09:48


Bakı -°C

