adalet.az header logo
  • Bakı -°C
21 Sentyabr 2026 13:11
45
ŞOU-BİZNES
A- A+

Aparıcı: “Neqativ insanlardan uzağam”

Məşhur aparıcı Zaur Baxşəliyev  gənc qalmasının sirrini açıqlayıb.

Adalet.az xəbər verir ki, o, neqativ xəbərləri oxumamağı, mənfi hadisələri izləməməyi insanlara məsləhət bilib:

“Hər kəs mənə deyir ki, bu qədər enerji dolu olmağınızın, belə cavan qalmağınızın sirri nədədir? Deyirəm ki, heç kəsə imkan vermirəm mənə bəd xəbər çatdırsın, sosial şəbəkələrdə belə neqativ xəbərləri izləmirəm. Pis aurası olan insanlardan uzağam, mənfi hadisələri görməzdən gəlirəm. Belə olan halda insanın əsəbləri sakit olur. Bu da insanın enerji dolu olmasına böyük yardım edir. Ailəmlə daha çox əyləncəli vaxt keçirirəm. Sosial şəbəkələrdə daha çox pozitiv xəbərləri izləyirəm.
Kimliyindən aslı olmayaraq, zəng edib pis xəbər verirsə, ağlayırsa, telefonu üzünə bağlayıram”.