08 Oktyabr 2025 18:55
240
İDMAN

Arda Turan "Qarabağ"ın futbolçusunu gətirmək istəyir

"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını ölkə xaricində davam etdirə bilər.

Adalet.az xəbər verir ki, Arda Turanın çalışdırdığı "Şaxtyor" onu transfer etməkdə maraqlıdır.

A. Turan 24 yaşlı futbolçuda böyük potensial olduğunu düşünür.

O, Toralı hələ "Eyüpspor"u çalışdırarkən transfer etmək istəyirdi. 

Toral son zamanlar "Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkir. O, satınalma hüququ ilə birlikdə icarə əsasında Donetsk təmsilçisinə keçə bilər. (sportinfo.az)