Arxasındakıların Ukraynaya xəyanəti: Rusiya üstünlüyü ələ alır?
Məlumunuz olduğu imi, Ukrayna artıq bir həftədir ki, ATACMS raketlərindən Rusiya ərazisini vurmaq üçün istifadə edir. Yəni , ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və s. ölkələr Ukraynaya bu icazəni verdikdən sonra Ukrayna qisas müharibəsinə başlayıb.
Putin əlbəttə ki, bu prosesə münasibət bildirməli idi və bildirdi. Beləki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət etdi. Müraciətdə Putin Ukraynanın ABŞ və Britaniya istehsalı uzaq mənzilli raketlərlə Rusiya ərazisini vurmasına cavab olaraq Rusiyanın Ukrayna ərazisini hipersəsli ən müasir orta mənzilli “Oreşnik” raketi ilə vurduğunu açıqladı. Ayında isə 21-də Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atdı.
Bunun müqabilində isə təkcə ötən gün Ukrayna Rusiyaya 8 ballistik raket atıb. Rusiya aviasiyasının komandanlığı isə bildirib ki, hava hücumundan müdafiə sistemləri səkkiz ballistik raket, altı ABŞ istehsalı olan “JDAM” idarə olunan bomba və 45 təyyarə tipli PUA vurub.
Zelenski isə dünənki açıqlamasında bildirib ki, Kursk vilayətinin sərhəd bölgəsində əməliyyat davam edir. Bu əməliyyat zamanı ukraynalı əsgərlər nəinki mövqeləri müdafiə edir, həm də Rusiya hərbçilərinə xeyli itki verirlər.
Bütün hegemon dövlətlərin Ukraynanın arxasında durmasına baxmayaraq Rusiya son günlər cəbhə xəttində üstünlüyü ələ aldığı göz qabağındadır. Rusiya mediası bu günkü xəbələrində yazır ki, Rusiya qüvvələri Ukrayna ordusunun müdafiə xəttini keçərək, əlverişli mövqeləri tutublar, həmçinin Xarkov vilayətinin Kupyan şəhəri yaxınlığındakı istehkamdan düşməni sıxışdırıb çıxarıblar.
Ukraynanın hazırkı duruma düşməsinin səbəblərdən biri də “öz yaxınlarıdır”. Əgər ABŞ-n, Fransanın oyuncağına dönmüş Yunanıstan Ukrayna üçün nəzərdə tutulmuş S-300 raketlərini Ermənistana deyil, elə Ukraynaya göndərsəydi, Rusiya bu gün qalib ədası ilə məlumatlar dərc etməzdi.
Əntiqə Rəşid