Asif Kərimov: “Bu işlər üçün qazanılan pulda mənim də zəhmətim olub”
Prodüsser Asif Kərimov əməkdar artist Elnarə Abdullayeva ilə olan iş birliyindən danışıb.
Adalet.az xəbər verir ki, prodüsser E.Abdullayevanın keçdiyi zəhmət dolu yoldan söz açıb:
“Elnarə birdən- birə Heydər Əliyev sarayında konsert verməyib. Bu yerə qədər ancaq zəhmətlə işləmişik. Zaman olub ki, Elnarə ailə quran vaxtı 6-7 il sənətinə fasilə verib. Davam etməyib. Son mənə müraciət edib ki, qardaş, oxumaq istəyirəm. O zaman Elnarə balaca bir evdə yaşayırdı. Ancaq ilk vaxtlarda qazancına kəndlərində məscid tikdirdi. Sonra həmin kəndə su çəkdirdi. Bu xanım bu işləri görürsə, ona necə deyim ki, mənə pul ver?Təbii ki, mənimlə birgə çalışıbsa, məcsid tikdirmək üçün də, su çəkdirmək üçün də məndən mənimlə məsləhətləşib, halallaşıb. Çünki, bu işlər üçün qazanılan pulda mənim də zəhmətim olub.”
Əntiqə
Digər Xəbərlər
07 Oktyabr 2026 07:44
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
06 Oktyabr 2026 21:01
Tacir Şahmalıoğlu xəstəliyini AÇIQLADI - VİDEO
06 Oktyabr 2026 14:11
Müğənni: “Varlığım ona zərər veridi, ona görə də...”
06 Oktyabr 2026 14:10


Bakı -°C

