Atatürkün anım günüdür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Onun vəfatından 84 il ötür.
Adalet.az xəbər verir ki, Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib.
Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə dünyaya gəlib. O, 1923-cü ildən 1938-ci ilədək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk prezidenti olub.
Atatürk Birinci Dünya Müharibəsi əsnasında Osmanlı ordusunda xidmət edib. Çanaqqala cəbhəsindəki döyüşlərdə fərqləndiyinə görə polkovnik, Sina-Fələstin cəbhəsində isə İldırım Orduları generallığına layiq görülüb.
Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və sekulyar bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib. İbtidai təhsil pulsuz və zəruri hala gətirilib.
Qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.
1938-ci ildən vəfatına qədər 4 dəfə Türkiyə prezidenti seçilən Atatürk ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi lider olub.
Atatürkün fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 379 əsər yazılıb.
Hər il Türkiyədə və xaricdə Atatürksevərlər onu hörmət və ehtiramla yad edirlər. Atatürkü yad etmək üçün dövlət, hökumət rəmsiləri, deputatlar, siyasi partiyaların liderləri, icitmiyyətin nümayəndələri Anıtqəbiri ziyarət edirlər.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

