ATMU-da Qarabağ Universitetinin nümayəndələri ilə görüş keçirildi
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Qarabağ Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, nümayəndə heyətinə Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov, adıçəkilən ali təhsil ocağının dekanı Ceyhun Məmmədov, Ankara Hacı Bayram Vəli Universitetindən Qarabağ Universitetinə qonaq- professorlar qismində dəvət edilmiş Evrən Güçər və Metexan Tolon daxil idi.
ATMU-nun rektoru İlham Mədətov qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu bildirib. ATMU-nun yaranma tarixi, tədris sisteminin təşkili, təhsil proqramları, beynəlxalq əlaqələrin inkişaf tendensiyası və digər məsələlər haqqında ətraflı məlumat verən rektor İ.Mədətov Qarabağ Universiteti ilə akademik əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb.
Daha sonra Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov çıxış edərək Qarabağ Universitetində görülən işlər və qarşıdakı planlar haqqında məlumat verib. Görüşdə Xankəndi şəhərində Ankara Hacı Bayram Vəli Universiteti və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan 6-cı Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransına dair məsələlər də müzakirə edilib. Qarabağ Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təklifi ilə ATMU bu konfransın təşkilində tərəfdaş universitet kimi iştirak edəcəkdir.
Konfransın əsas mövzusu turizmin mərkəzində dayanan “Mədəni irs” olaraq müəyyən edilib. Məqsəd mədəni irsin qorunması, yenidən şərh edilməsi və davamlılıq çərçivəsində turizm vasitəsilə necə transformasiya olunduğunu müzakirə etməkdir.
Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrindən aidiyyəti mütəxəssislər, akademik heyət üzvləri, tədqiqatçılar, sektor nümayəndələri və tələbələr bu unikal platformada bir araya gələrək bilik mübadiləsi və əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.
Digər Xəbərlər
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48


Bakı -°C

