AVROPA İTTİFAQI LAP GİCLƏYİB

Qarabağlılar «gicləyib» sözünü «gijdiyib» kimi işlədirlər Bu söz daha çox yerinə düşür.
İndi gijdiyən Avropa İttifaqı 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana gözün üstə qaşın var demədi. Və Aİ-nin üzvü olan dövlətlər əksinə, Ermənistanı silahlandırdılar, maddi yardımlar göstərdilər. Hələ üstəlik ABŞ Azərbaycana məlum «907»-ni tətbiq elədi. qarabağdakı separatçı ermənilərə isə hər il 20 milyon dollar «yardım» göstərdi.
Axırda məcbur olduq BMT-nin dörd qətnaməsini özümüz yerinə yetirdik, Qarabağdakı separatçı rejimi də diz çökdürdük. Və rejimin liderlərini də qandallayıb həbs etdik. Elədikləri cinayətlərə görə indi məhkəmə qarşısında cavab verirlər.
Avropa İttifaqı isə bizi sanksiyalarla hədələyir və separatçı rejimin dırnaqarası liderlərini də dərhal həbsdən azad etməyimizi tələb edir.
Ay siz öləsiniz, sizin ölkələrdə terror törədən şəxslərə mükafat verirsiniz? Siz də onları həbs edirsiniz, cəzalandırırsınız.
Sizin sanksiyalarınız, ağdamlılar demiş, bizə az təfavut edər. Biz qüdrətli dövlətik və bu ölkənin qüdrətli bir prezidenti var və heç bir ölkədən yardım almadan Ermənistanın viran qoyduğu şəhər və kəndlərimizi yenidən tikir. Qısa bir müddətdə on mindən çox məcburi köçkün öz yurd-yuvasına dönüb.
Sizin nə pulunuza, nə yardımınıza, nə də çörəyinizə, suyunuza ehtiyacımız var.
Ölkədə hər il pensiyalar, əmək haqları, minimum əmək haqları artırılır. Əhalinin rifah halını yaxşılaşdırmaq üçün sosial islahatlar həyata keçirilir.
Gedin öz dərdinizi çəkin, hamınız ABŞ-ın vassalına çevrilmisiniz. Hətta ABŞ-dan icazəsiz gecələr arvadlarınızla yata da bilmirsiniz.
Digər Xəbərlər

HƏMAS-İsrail yaxın günlərdə atəşkəs sazişi imzalayacaq

Musson yağışları 125 nəfərin həyatına son qoyub

Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyünə siyasi maneələr dərhal aradan qaldırılmalıdır

"Beynəlxalq məhkəməyə müraciət Bakının haqqıdır" - Peskov AZAL təyyarəsindən danışdı

Kreml: Rusiya-Azərbaycan münasibətlərindəki çətinliklər geridə qalacaq

Rusiya-Ukrayna dsnışıqları bu həftə davam edə bilər

"Almaniya Ukrayna üçün 5 milyard avro dəyərundə Patriot raketi alacaq"
