“Avropa Parlamenti daxilində yanaşmalar dəyişməli, daha konstruktiv mövqe sərgilənməlidir”
Milli Məclis tərəfindən Avropa Parlamenti ilə əlaqələrin bütün istiqamətlər üzrə dayandırılması barədə qəbul olunmuş qərar uzun müddət yığılan narazılıqların nəticəsidir. Son illər Avropa Parlamenti çərçivəsində Azərbaycana qarşı qəbul edilən qətnamələrdə obyektivliyin pozulması, ölkəmizin suverenliyi və daxili işləri ilə bağlı məsələlərə selektiv yanaşma ən iyrənc formada özünü göstərir.
Təəssüf ki, bəzi hallarda sapı özümüzdən olan, antimilli ünsürlər də bu prosesdə alət kimi istifadə olunur. Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələri dəstəkləmək vətənə xəyanətdir və bu iyrənc yolu tutanların hansı aqibəti yaşadıqları məlumdur. Şəxsi ambisiyalarının əsirinə çevrilən bu antimilli ünsürlər xarici dairələrin ölkəmizə qarşı hazırladıqları planları icra etməklə öz simasızlıqlarını ifşa etmiş olurlar. Bu cür təxribatlar dövlətimizin güclənməsinə yönəltsə də heç bir nəticə vermir.
Azərbaycan hər zaman ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasət yeridib. Təəssüf ki, ərazi bütövlüyü və suverenliyimizin bərpasından sonra ölkəmizə qarşı aqressiya daha da şiddətlənib. Azərbaycan hər zaman bərabərhüquqlu tərəfdaşlıq modelinə üstünlük verir və bundan sonra da bu prinsip dəyişməz olaraq qalacaq.
Rəsmi Bakı açıq şəkildə bildirir ki, münasibətlərdə ikili standartlar və qərəzli yanaşmalar qəbul edilə bilməz. Beynəlxalq təşkilatlar yalnız qarşılıqlı hörmət və obyektivlik əsasında əməkdaşlığa üstünlük verməlidir. Avropa Parlamenti daxilində yanaşmalar dəyişməli, daha konstruktiv mövqe sərgilənməlidir. Avropa İttifaqına edilən çağırışlar da məhz bu istiqamətdə – regionda sülh və normallaşma prosesinə dəstək vermək, birtərəfli addımlardan çəkinmək məqsədi daşıyır. Qərəzli yanaşmalar regionda normallaşma prosesinə, eləcə də Azərbaycanla İttifaq arasında münasibətlərin perspektivlərinə mənfi təsir edir.
Milli Məclisin qərarı müstəqil və prinsipial xarici siyasət kursunun davamıdır. Bu addım ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
18 Oktyabr 2026 23:02
Prezidentin 1 həftəsi... - VİDEO
18 Oktyabr 2026 19:00
Sahibə Qafarova Bişkekdə - FOTO
18 Oktyabr 2026 16:13
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40


Bakı -°C

