Avropa parlamenti deputatın hərəkətinə necə reaksiya verəcək?
Son günlər mətbuatda və sosial şəbəkələrdə, deputat Erkin Qədirlinin, Azərbaycanda seçkilərin demokratik keçirilmədiyini və hətta dolayısıyla özünün də saxta yolla deputat seçilməsini etiraf etməsi, istər deputat həmkarları tərəfindən, istərsə də geniş auditoriya tərəfindən birmənalı qarşılanmayıb.
Bizi maraqlandıran odur ki, Erkin Qədirli eyni zamanda Milli Məclisin deputatı kimi ölkəmizi Avropa Parlamentində də təmsil edir. Bildiyimiz kimi hazırda Avropada da demokratiya, insan haqları, seçki saxtakarlığına və s. ciddi nəzarət var. Hətta bu yaxınlarda bir italiyalı parlamentarini Qətərdə keçirilən futbol üzrə dünya çempionatında törətdiyi hansısa saxtakarlıq əməlinə görə, Avropa parlamentindən uzaqlaşdırmışdılar.
İndi görəsən Avroparlament, özünün etiraf etdiyi kimi saxta yolla, qeyri-demokratik seçkilər vasitəsilə deputat seçildiyini bəyan edən Erkin Qədirlini də Avropa Parlamentindən uzaqlaşdıracaqlarmı?... Yəqin demokratiyanın qıcqırıb fantan vurduğu Avropa parlamentində bu məsələni diqqətdən kənar qoymazlar.
Rüstəm Hacıyev
Digər Xəbərlər
04 Iyun 2026 09:11
ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırır - Politoloq
03 Iyun 2026 16:50
Roma Papası İlham Əliyevi TƏBRİK ETDİ
03 Iyun 2026 16:24
Cənubi Qafqazın taleyi... - Səxavət Məmməd yazır
03 Iyun 2026 12:21
""Məcburi köçkün" kimi təqdim olunan Azərbaycan vətəndaşları yeni hüquqi kimlik qazanırlar"
03 Iyun 2026 12:20
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
03 Iyun 2026 11:45
"300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb" - Komitə sədri
03 Iyun 2026 11:06
“Azərbaycanın enerji strategiyası regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir”
03 Iyun 2026 10:10


Bakı -°C

