Avropa Parlamentinin deputatı Şuşada olub - FOTO
Mayın 15-də ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı Xaviyer Nart Şuşa şəhərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən xəbərə görə, Şuşa şəhərinə gələn qonağa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası, nəzərdə tutulan planlar, Şuşa sakinlərinin öz doğma şəhərlərinə qayıdışı prosesinə başlanıldığı barədə məlumat verilib.
Xaviyer Nart burada nümayəndəliyin inzibati binasında, Şəhər Meydanında, Vaqifin məqbərəsində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr edib.
Avropa Parlamentinin deputatını Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Digər Xəbərlər
07 Iyun 2026 23:05
Azərbaycan "KAAN" qırıcıları alacaq
07 Iyun 2026 00:04
Son zəng günü məzunlara icarəyə avtomobil verənləri hansi cəza gözləyir? - VİDEO
06 Iyun 2026 18:55
Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
06 Iyun 2026 09:00
Eskalatorlar niyə işləmir?
05 Iyun 2026 17:46
Akademik Akif Əlizadə işdən çıxarıldı
05 Iyun 2026 17:26
Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb
05 Iyun 2026 15:17
BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir
05 Iyun 2026 12:30


Bakı -°C

