20 Noyabr 2024 15:13
110
SİYASƏT

Avropa Şurasının hesabatı "ölüləri də diriltdi": "Karvan"a hücum

Xəbər verdiyimiz kimi, Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının Məşvərət Komitəsi Azərbaycanda milli azlıqların və Qarabağı könüllü tərk edən ermənilərin hüquqlarından bəhs edən hesabat dərc edib:

“Məsləhət Komitəsi təcili tədbirlərin görülməsi üçün tövsiyə olaraq hakimiyyəti Qarabağdan köçkün düşmüş ermənilərin təhlükəsiz, maneəsiz və davamlı şəkildə geri qayıtması üçün zəruri olan siyasi, hüquqi və praktiki şərait yaratmağa və mülkiyyət məsələləri ilə məşğul olmaq üçün xüsusi mexanizm yaratmağa çağırır. “Həmçinin hakimiyyət orqanları bütün erməni dini və mədəni abidələrinin və artefaktlarının inventarlaşdırılmasına, qorunmasına və qorunub saxlanmasına, o cümlədən bölgədə etnik ermənilər tərəfindən tikilmiş tarixi-mədəniyyət abidələrinin və qəbiristanlıqların vandalizm və dağıdılması ilə bağlı bütün iddiaları araşdırmağa çağırılır”, - deyə məlumatda bildirilir.


Erməni mediası yazır ki, komitə həmçinin Azərbaycanı barışıq prosesini asanlaşdırmaq üçün etnik ermənilərə qarşı dözümsüzlük və nifrətin istənilən təzahürünü qəti şəkildə pisləməyə çağırıb.
Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin bu oyunbazlığı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən layiqincə cavablanıb. Buna baxmayaraq bəzi ermənipərəst qüvvələr və revanşist qisim Azərbaycana qarşı nifrət dolu nitqlərlə hücuma keçib.

Adalet.az xəbər verir ki, vaxtıilə ABŞ konqresmenləri olmuş Eduart Markey və Şelton Vaythaus Ermənistanı dəstəklədiklərini və Dağlıq Qarabağdan könüllü köçmüş ermənilərin geri qaytarılması hüququnu müdafiə etdiklərini bildiriblər :"Biz hesab edirik ki, siyasi məhbuslar azad edilməli və ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququ qorunmalıdır", - deyə amerikalı  keçmiş konqresmenlər bildirib.


Bundan başqa “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində də sərsəmləyib. O yazıb ki, “Artsax sakinlərinin ( Qarabağı könüllü tərk edən ermənilər) hüquqlarının bərpasının, o cümlədən Qarabağa qayıtmağın zəruriliyini elan edən ölkələr və beynəlxalq strukturlar problemə səmimi yanaşsalar, Stepanakertin (Xankəndini, eyni zamanda ermənilər işğal dövründə Qarabağın müxtəlif güşələrində qanunsuz yüksəltdiyi abidələrin sökülməsini nəzərdə tutulur. Stepan Şaumyanın, Nijdenin, Monte Melkonyanın , Vazgen Sərkisyan kimi qatillərin abidəsi Xankəndinin mərkəzi küçələrdən götürlməsinə diqqət çəkir. ) dağıdılması problemini diqqət mərkəzində saxlayacaqlar”.

P.S. Tiqran Abramyanı tanıyırıq və anlayırıq. Sənəti , işi Azərbaycan karvanına  mane olmaqdır. Atalarımızın bir gözəl deyimi var: İt hürər , karvan keçər.

Amma siyasi səhnədən silinmiş Eduart Markey və Şelton Vaythaus kimi heç nəyə və heç kimə lazım olmayan  qocaların karvana hücum etməsi nəyə lazımdır? Karvan onların ağzına "nəsə" atsın deyəmi? Ən yaxşısı, Bakıda keçirilən COP-29-u baykot etməyə çalışan 60 ABŞ konqresmeni kimi erməni zibilliyində eşələnsələr daha çox qazanclı çıxarlar.... 

 Əntiqə Rəşid