11 Dekabr 2023 12:12
2736
ŞOU-BİZNES

Aysun: “Hər kişinin işi deyil…”

Aysun  İsmayılova canlı efirdə üzr istədi.

Adalet.az xəbər verir ki, “Mən anamla rəfiqə kimiyəm. Amma bilirəm ki, hərdən onu incidirəm, hərdən xətrinə dəyirəm. Anama efir vasitəsiylə səslənirəm: Burdn sədən üzr istəyirəm. Anamın adı gələndə kövrəlirəm.  Ananın yerini heç kim, heç nə əvəz etmir. Cavanam, mənim də səhvim olur. Nə yaxşı kimi mənim Anam Rəqsanə İsmayılovadır.”

Daha sonra aparının “toyunda atanı görmək istəyirsənmi?” sualına belə cavab verib:

“Qız övladı daha çox ataya bağlı olur. Mən o hissi heç yaşamışsm. Hər zaman anam da, atam da elə anam olub. Atamın qayıtmağını heç istəmərəm.  Çünki Fazil müəllim mənə bioloji atadan üstün olub.Mən onun haqqını itirə bilmərəm. O, hər zaman anamdan çox narahat olur məndən ötrü. Mən efirə çıxanda zəng edir ki,baxıram. Qızım,  narahat olma nəsə olsa, mən burdayam. Bilirəm ki, arxa-dayağım var. Bizi öz övadından heç vaxt seçməyib. Ona görə mən onun atalıq borcunu heç vaxt itirə bilmərəm. Mən atanın nə olduğunu Fazil müəllimdə görmüşəm. Hər kişinin işi deyil ki, başqasının övladına öz soyadını vesin.”

Əntiqə