Azad edilmiş ərazilərdə 5 gün qala biləcəyik

Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yadığı məlumatda deyilir.
Bildrilib ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə edilən icazənin müddəti 5 günədək artırılıb.
Fərdi minik avtomobilləri ilə səfər zamanı bir sürücü olmaqla maksimum 9 nəfər üçün icazə almaq mümkündür. Fərdi minik avtomobili dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.
Sürücülər “Yolumuz Qarabağa” portalında səfər qaydaları və mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, eyni zamanda bu məlumatları səfər edən şəxslərə çatdırmalıdırlar. İşğaldan azad edilmiş ərazilərə daxil olduqda isə mina təhlükəsizliyi üçün müəyyən edilmiş marşrutdan kənara çıxmamaq, yolayrıcılarında diqqətli olmaq və səfər boyunca qaydalara riayət etmək tələb olunur.
Bundan əlavə, vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər edəcəkləri istiqamətlərdə fəaliyyət göstərən otellər və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. İşğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərdə rezervasiya edən şəxslər isə əraziyə giriş icazəsini avtomatik əldə etmiş olacaqlar.
Digər Xəbərlər
06 Avqust 2025 13:43 Dəniz, yoxsa, hovuz?!
06 Avqust 2025 12:00 Gözünüz aydın, köçkünlər "zəbt etdikləri mənzili "özləri ilə aparmadılar
06 Avqust 2025 11:11 Qasapet dağının qartalları: "Mi-24"-ün 33 illik dastanı
06 Avqust 2025 10:06 Pomidorlar sahədə qalıb çürüyür...
06 Avqust 2025 09:59 Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
06 Avqust 2025 09:42 Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib
05 Avqust 2025 19:00 İstirahətə yollanan vətəndaşlara yanğın təhlükəsizliyi ilə bağlı ÇAĞIRIŞ - VİDEO
05 Avqust 2025 16:48 

Bakı -°C 






